PDF Oxu

Siyasət

  • 2 389

COP29-un Azərbaycanda keçirilməsi növbəti qələbələrimzdən biridir - ŞƏRH

COP29-un Azərbaycanda keçirilməsi növbəti qələbələrimzdən biridir - ŞƏRH

23 aprel 2024-cü il tarixində ADA universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. Beynəlxalq forumda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev iştirak edərək tədbir iştirakçılarının suallarını cavablandırıb. Forumda 30 ölkədən 64 iştirakçı olub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. 1995-ci il tarixində Berlin şəhərində COP-un ilk toplantısı keçirilib.

Ölkəmiz dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi cənab prezidentin növbəti qələbələrindən biridir. Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edib və etməkdədir. Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən parlaq uğurlarındandır. Prezident İlham Əliyev çıxışı zamanı bildirmişdir: “COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir”.

Cənab Prezident işğaldan azad edilmiş rayonları “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilə qədər “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub.

44 günlük Vətən müharibəsindən sonra cənab prezident İlham Əliyev Naxçıvanı, Qarabağı və Şərqi Zəngəzuru “yaşıl enerji bölgəsi” adlandıraraq bu istiqamətdə genişmiqyaslı işlər görülüb və görülməkdə davam edir. İşğaldan azad edilmiş bütün bölgələrdə, Kəlbəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində ölkəmizin ümumilikdə “Yaşıl enerji” istehlakçısına çevrilə bilər. Qarabağda və Şərqi Zəngəzurda hidroenerji potensialından istifadə edilir. Hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq və bu da yaşıl enerjiyə keçid prosesinə böyük töhfədir.

Dördüncü Sənaye İnqilabı olan yeni dövrün əsasını təşkil edən yaşıl enerji ənənəvi enerji mənbələrini – daş, kömür, neft-qaz kimi sahələri geridə qoyacaq. Bu gün Azərbaycan böyük zəhmət və qazandığı uğurlar sayəsində COP29-a ev sahibliyi etməyə tam layiqdir.

Nigar Abdullayeva

AMEA Folklor İnstitutu YAP Yasamal rayon ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər