PDF Oxu

Siyasət

  • 2 079

“COP 29 və Azərbaycan üçün yaşıl baxış” ŞƏRH

“COP 29 və Azərbaycan üçün yaşıl baxış” ŞƏRH

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir. COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib, bu müstəvidə genişmiqyaslı tədbirlərin keçirilməsi nəzərdə tutulub. “COP29 və Azərbaycan üçün yaşıl baxış” beynəlxalq forumu çərçivəsində aprelin 24-də ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə keçirilən konfransda regionda davamlı inkişaf üzrə əldə edilmiş mühüm addımlar, davamlı inkişaf və yaşıl enerji ilə bağlı təcrübələr müzakirə edilib. Forum, həmçinin iştirakçılara Laçında inkişaf layihələri ilə yaxından tanış olmaq imkanı yaradıb. Səfərin bu hissəsində günün əvvəlində keçirilən nəzəri müzakirələrin praktiki tətbiqləri nümayiş olunub. Bununla yanaşı, forumda erməni işğalının nəticələrinin ətraf mühitə təsiri, o cümlədən çox ciddi mina problemi və bunun fəsadlarının aradan qaldırılması üçün beynəlxalq hüquq alətlərinin vacibliyi qeyd olunub. Otuz ölkədən 64 ekspertin iştirakı ilə baş tutan interaktiv müzakirədə aktual ekoloji problemlərin həlli yönündə dayanıqlı metodların işlənib-hazırlanmasında Azərbaycanın digər ölkələr və qlobal təşkilatlar ilə əməkdaşlıqda malik olduğu böyük imkanlar vurğulanıb.

Svetlana Mirzəyeva

YAP Qusar rayon təşkilatının fəalı

Digər xəbərlər