Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı və “XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”nin tərəfdaşlığı ilə Ümummili Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında silsilə idman yarışları davam edir. 29.04.2024-cü il tarixində 2 saylı Bakı Baza Tibb Kollecinin idman zalında voleybol (qızlar) idman növü üzrə yarışa start verilib. Yarışda iştirak edən YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun müdiri İlham Səfərov və "A.M.Şərifzadə küç 204" (2 saylı Bakı Baza Tibb Kolleci" ərazi partiya təşkilatının sədri Gülər Quluzadə çıxışlarında idmanla məşğul olmağı təkcə insanın sağlamlığını möhkəmləndirməklə qalmadığını, həmçinin eyni zamanda insanda ruh yüksəkliyi yaratdığını, insanın çevik və dözümlü olmasını qeyd ediblər və iştirakçılara uğurlar arzulayıblar.