Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana reallaşan dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. İkitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir.
Səfərin gündəliyi kifayət qədər geniş və zəngin olmuş, tərəflər arasında imzalanmış sənədlər qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcəkdir. Qırğızıstan və Azərbaycan münasibətlərinin aktivləşməsi, görünür, bütün istiqamətlərdə uzunmüddətli və səmərəli xarakter daşıyacaq və iki ölkənin inkişafının maraqlarına xidmət edəcəkdir. Həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsində öz fəallıqları ilə seçilirlər.
Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir və milli maraqlardan çıxış edərək həmişə bir-birini dəstəkləyir: 30 il ərzində Qırğızıstan Ermənistan-Azərbaycan,Qarabağ münqişəsində Azərbaycanın ədalətli mövqeyini daim daim dəstəkləyib münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışaraq indi də Azərbaycanın yanındadır.
Ölkə rəhbərlərinin imzaladıqları son sənədlər, apardıqları səmimi müzakirələr inkişafın gələcək zamanlarda daha dinamik müstəvidə reallaşmasına xıdmət etməklə yanaşı bu münasibətlərin keyfiyyətcə daha da dərinləşməsinə öz töhfələrini verəcəkdir. Hər iki ölkə ticari-iqtisadi sahədə fəal əməkdaşlıq edərək ticarət dövriyyəsi dəfələrlə artmışdır.
Qırğız xalqının böyük oğlu, dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş Çingiz Aytmatovun Bakıda abidəsinin açılışı böyük mədəni hadisədir. Azərbaycan və Qırğızıstan energetika və nəqliyyat sahələrinin böyük potensialı var. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Azərbaycan və Qırğızıstanın əməkdaşlığı iqtisadi potensialımızın daha da artırılmasına, eləcə də türk dünyasının bir-birinə inteqrasiyasına böyük töhfə verəcəkdir. Təbii ki, burada həyata keçirilən layihələr haqqında informasiya və sinxronlaşdırma ilə bağlı məsələlərə xüsusi diqqət yetirilməlidir. Sadır Japarovun Prezident İlham Əliyevlə arasında dost münasibəti dövlətlərimiz və xalqlarımız arasında münasibətlərə də müsbət təsirini göstərməkdədir.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi