PDF Oxu

Siyasət

  • 2 134

Ağcabədidə bilik yarışmasına yekun vurululub FOTOLAR

Ağcabədidə bilik yarışmasına yekun vurululub FOTOLAR

YAP Ağcabədi rayon təşkilatının konfrans zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə könüllülər arasında "Parlaq zəka" intellektual oyun müsabiqəsinin final mərhələsi keçirılıb. Finalda Ağcabədi Pedaqoji Universitetinin "Aypara" və Ağcabədi Pedaqoji kollecin "Zirvə" komandaları kubok uğrunda mübarizə aparmışlar. Müsabiqədən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhadətə yüksələn şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov yarış iştirakçılarını salamlayaraq, intellektual bilik yarışmasının keçirilməsində məqsəd Ulu Öndərin zəngin irsinin daha dərindən öyrənilməsi, tarixi günlərin mahiyyətinin gənclər tərəfindən dərindən mənimsənilməsi, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, onları tariximiz, mədəniyyətimiz haqqında maarifləndirmək, istedadlı gəncləri üzə çıxarmaq və onların asudə vasxtını səmərəli təşkil etməkdən ibarət olduğunu qeyd edərək, müsabiqə iştirakçılarına uğurlar arzulamışdır.Bilik və intellektlərin yarışdığı oyun gərgin və maraqlı keçib. 4 saata yaxın davam edən müsabiqədə ADPU-nun “Aypara” komandası qalib gələrək kuboka sahib olub. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov qalib komandanı təbrik edərək, kuboku komandaya təqdim edib.

Yarışın sonunda komandaların üzvləri xatirə şəkli çəkdiriblər.

Digər xəbərlər