PDF Oxu

Siyasət

  • 2 347

NEFT HASİL EDƏN ÖLKƏ COP-A SƏDRLİK EDİR ŞƏRH

NEFT HASİL EDƏN ÖLKƏ COP-A SƏDRLİK EDİR ŞƏRH

Bildiyimiz kimi, hər il Conference of the Parties bir ölkədə keçirilir. 2024-cü ildə konfransa Bakı ev sahiblik edəcək. Sayca 29-cu olan konfrans Bakıda noyabr ayında baş tutacaq. Konfransın keçirilmə məqsədi bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etməkdir. Bu konfrans dünya liderlərini, alimləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbirdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib. Bu tədbirə ölkəmizin təşkilatları və universitetləri də qoşulub. Belə ki, 17 aprel 2024-cü ildə Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatında Yasamal rayon təşkilatı və Elm və Təhsil nazirliyi, A.Qarayev ad. Fiziologiya institutunun Ərazi Partiya Təşkilatı ilə birgə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il Sərəncamı ilə qəbul olunan 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”nə əsasən “Yaşıl dünya naminə” adlı tədbir keçirilib. 20 aprel 2024-cü ildə Yasamal Rayon Təşkilatı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinın ərazi partiya təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. 150 nəfərin iştirakı ilə 1000-ə yaxın ağac əkilib. Aksiyanın məqsədi yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir. Belə tədbirlərin keçirilməsi davam edir. 24 aprel 2024-cü ildə ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı tədbir kiçirilmişdir. Prezident İlham Əliyev: “Əlbəttə, bizim üçün COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir. Siz sabah Laçına səfər edəcəksiniz. Mən burada çoxlu tanış simalar görürəm və bilirəm ki, forum iştirakçıları artıq Şuşa, Ağdam və Zəngilanda olublar, bu dəfə isə Laçına səfər edəcəklər. Ancaq yeni iştirakçılar da var və əminəm ki, siz səfərinizdən zövq alacaqsınız. Laçın Azərbaycanın ən füsunkar bölgələrindəndir və yaşıl gələcək haqqında danışırıqsa, görəcəksiniz ki, Laçın tamamilə yaşıldır.” Qeyd edek ki, Laçın işğal altında olub. İşğal zamanı 13745 yaşayış evi yandırılıb, 267 nəfər şəhid olub, 66 laçınlı girov götürülüb. İndi 28 il işğal altında olan Laçına laçınlılar qürarla qyıdırlar. Artıq biz işğaldan deyil, qazandığımız Zəfərdən, Laçında olan inkişafdan danışmalıyıq, əlbəttə, tarixi unutmayaraq. 2023-cü ildə laçınlıların Laçına qayıdışı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb onlara evlərin açarlarını təqdim etməyi mayın 28-nə, Azərbaycanın Müstəqillik gününə təsadüf etmişdir. Bunun özü bir tarixdir. Prezident İlham Əliyev: “Bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir. Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir” Prezident İlham Əliyev: “Laçın 1992-ci ilin mayında - Şuşanın işğalından 10 gün sonra işğal edilmişdir. Bu, Birinci Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biri idi, çünki bunun nəticəsində Ermənistan ilə Azərbaycanın Qarabağ bölgəsi arasında quru əlaqəsi yarandı və bu, Ermənistandan bizim torpaqlara çox böyük həcmdə silahların daşınmasına, çoxsaylı hərbi personalın daxil olmasına imkan yaratdı”. Artıq Laçın şəhərində və bir kəndində yenidən qurulma işləri gedir. Və biz xoşbəxt nəsilik ki,Qarabağın və Şərqi Zəngəzurun tam bərpasıınn şahidi oluruq. Prezident İlham Əliyev: “Laçının azad edilməsi də bizim güclü siyasi iradəmizin göstəricisi idi. Laçının böyük hissəsi siyasi vasitələrlə azad edilib. İkinci Qarabağ müharibəsi zamanı biz Laçın rayonunun cənub hissəsini azad etdik və bunun özü də mühüm hərbi qələbə idi. Lakin rayonun əksər hissəsi, o cümlədən Laçın şəhəri siyasi vasitələrlə azad edilib. Beləliklə, mən işğal edilmiş ərazilərin hərbi-siyasi yolla azad olunduğunu deyəndə Laçın bunun bariz nümunəsidir. Hazırda isə biz siyasi yolla davam edirik. Əminəm ki, biz bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola bilərik və məhz bunu nümayiş etdiririk”. Biz 44-günlük müharibədə qazandığımız Zəfərlə bütün dünyaya sübut etdik ki, bizim qüdrətli ordumuz, mərd xalqımız var. Keçirilən sonuncu anti-terror əməliyyatı xalqın milli birliyinin dir daha dünyaya sübüt etdi və Azərbaycan dövlətini zirvələrə ucaltdı. Bir daha sübüt olundu ki, milli düşüncə tərzinin formalaşmasına heç bir qüvvə maneə ola bilməz. Cənab Prezident İlham Əliyev təkcə hərb sahəsində deyil, həm də diplomatiya sahəsində qəhramandır. COP dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biridir. Azərbaycanın 2024-cü ildə bu tədbirin keçirilməsində ev sahiblik etmək üçün seçilməsi böyük və mühüm hadisədir və ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra növbəti xarici siyasətimizin ən böyük uğurudur. Ölkəmizin qarşısında duran əsas məsələlərdən biri də 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 %, 2050-ci ilə qədər isə 40 % azaldılmasıdır. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Şəhla Xəlilova
YAP Yasamal rayon təşkilatının H. Cavid pr-ti, 131
(Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu)
ərazi partiya təşkilatının sədri

Digər xəbərlər