Siyasət

  • 508

Azərbaycanı Qırğızıstan ilə çoxəsrlik bağlar birləşdirir - ŞƏRH

image

Cari ili aprel ayının 20 - də Prezident İlham Əliyevin dəvəti ilə Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq haqqında Müqavilənin 25 illiyi və ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri, səfər çərçivəsində keçirilən həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə reallaşan görüşdə ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri, münasibətlərimizi intensivləşdirmək əzmində olduğumuz bir daha isbat olundu.

Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir. Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir.

Bu region ölkələri sırasında Qırğızıstanla qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçdi. İmzalanmış sənədlər qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək. Hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir. Ticarət dövriyyəsi dəfələrlə artır. Potensialın artması tendensiyası da mövcuddur.

Hər bir Türk dövləti ilə qurulan əlaqələr səmimi və dostluq əlaqələridir. Bu əlaqələr xalqların daha da yaxınlaşamsına xidmət edəcək. Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan son illər Türk dövlətlərinin yaxınlaşmasına həm regional kontekstdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində böyük töhfə verir.

Hazırda Azərbaycanla Qırğızıstan arasında qarşılıqlı ticarət həcminin artırılması, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin icrası, nəqliyyat və tranzit sektorunda mövcud imkanlardan istifadə etməklə əlaqələrin daha da mövkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. İki dövlət arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki mövcud geosiyasi vəziyyət dövlətlərin qarşılıqlı əməkdaşlığı, xüsusilə qardaş dövlətlərlə əlaqələrin möhkəmləndirilməsini vacib edir.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər