Siyasət

  • 414

“Siyasi məhbus” şousu Əli Kərimlinin yeni oyunu hesab olunur ANALİZ

image

Torpaqlarımızın işğaldan azad edilib suverenliyimizin bərpa olunmasından sonra Azərbaycanın inkişafında yeni mərhələnin əsası qoyulub. Bu isə Azərbaycan insanlarının daha təhlükəsizi və sosial iqtisadi cəhətdən firavan yaşaması deməkdir. Təəssüflər olsun ki, yenə də dağıdıcı müxalif ünsürlər və xaricdəki antimilli qüvvələr Azərbaycanında yaşanan möhtəşəm uğurlara, nailiyyətlərə kölgə salmağa xidmət edən açıqlamalar yayır, videolar paylaşırlar. Söz yox ki, bu cür əndrabadi fəaliyyət heç bir nəticə vermir. Nəinki Azərbaycan cəmiyyətini, eləcə də beynəlxalq ictimaiyyətin şübhəli nəsə düşünmələrinə imkanlar yaratmır. Əksinə, cəmiyyət dağıdıcı müxalifətin və xaricdəki antimilli qüvvələrin dezinformasiya xarakterli informasiyalar yayıb, şər və böhtandan ibarət olana videolar paylaşmaqla əsas məqsəd və niyyətlərinin nədən ibarət olduğunu yaxşı anlayırlar. Onla görə də, tərəflərin boşboğazlığı mənasız hay-küydən başqa bir şey deyil. Həm də ona görə ki, söylədikləri fikirlər, irəli sürdükləri iddialar ağ yalandan başqa bir şey deyil. Misal üçün, AXCP sədri Əli Kərimli iddia irəli sürür ki, guya Azərbaycanda 300 “siyasi məhbus” var. Onun müavini Fuad Qəhrəmanlı bir növ gopa basaraq sayıqlayır ki, 210 “Siyasi məhbus” həbsxanalarda cəza çəkir. Bundan əvvəl isə Müsavat başqanı Arif Hacılı bildirmişdir ki, guya ölkədə 190 “siyasi məhbus” var. Digər dağıdıcı müxalif ünsürlər də fərqli siyahılarla çıxış ediblər. Yəni, bir-birinə uyğun gəlməyən, bir-birini təkzib edən siyahılara sosial şəbəkələrdə və mətbuat səhifələrində müzakirələr çıxarıblar. Lakin anlamırlar ki, “siyasi məhbus” məsələsini haradan icad ediblər və “siyasi məhbus” kimlərdir”. Əgər evə qanunsuz daxil olaraq oğurluq edənə “siyasi məhbus” deyirlərsə, bu, yanlışlıqdır. İkincisi, konkret cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunan şəxsi “siyasi məhbus” olaraq təqdim etməyə çalışırlarsa, bu da hüquqi savadsızlığın göstəricisidir.

Dələduzu necə “siyasi məhbus” adlandırmaq olar?

Əli Kərimli Nazim Bəydəmirlini “siyasi məhbus” hesab edir. Halbuki, bu şəxs hədə-qorxu ilə Mürsəl İbrahimov və Ədalət Bağırovdan küllü miqdarda pul tələb edib. Artıq istintaq orqanları tərəfindən Mürsəl İbrahimov və Ədalət Bağırov iş üzrə zərərçəkmiş qismində tanınıblar. Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələbetmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra isə istintaq orqanı tərəfindən Nazim Bəydəmirli barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu təkrarən tələbetmə) maddəsi ilə yenidən ittiham irəli sürülüb. Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, artıq məhkəmə başlayıb. Söz yox ki, proses zamanı bütün qaranlıq məsələlərə aydınlıq gətiriləcək. Bununla da Ə.Kərimli və ətrafında olan trol dəstəsi bir daha onu “siyasi məhbus” kimi təqdim etməklə böyük səhvə yol verdikləri bəlli olacaq. Çünki cinayət işindəki hazırkı hallara görə N.Bəydəmirli dələduz hesab olunur. Ə.Kərimli özünü “peşəkar hüquqşünas” hesab edirsə, dələduzu “siyasi məhbus” kimi tərtib etdiyi cızma-qaradan ibarət olan siyahısına daxil etməklə özünü gülünc vəziyyətə qoymuş olur. Çünki bununla şübhəli məqam ortaya çıxır, ya Ə.Kərimli başqalarına hədə-qorxu gəlməklə pul tələb edən N.Bəydəmirli ilə əlbirdir, ya da qanunlardan bixəbərdir. Başqa bir ehtimal isə Ə.Kərimlinin dələduzu “siyasi məhbus” siyahısına adını yamamaqla ondan pul alıb. Nəzərə almaq lazımdır ki, zaman-zaman mətbuatda “siyasi məhbus” siyahısının tərtib olunmasına görə, partiya sədrlərinin və funksionerlərinin “siyasi məhbus”ların yaxınlarından pul almaları barədə məlumatlar yazılıb. Məhz bu kimi yayılan məlumatlara istinad etməklə qeyd etmək olar ki, Ə.Kərimli N.Bəydəmirlinin adını “siyasi məhbus” siyahısına salmaqla ondan böyük məbləğdə pul alıb. Əminliklə demək olar ki, N.Bəydəmirli səhvini etiraf edərkən, həm də Ə.Kərimli ilə əməkdaşlıq etdiyini dilə gətirəcək. Bununla təbii ki, Ə.Kərimli növbəti dəfə ifşa olunacaq.

İLHAM ƏLİYEV

Digər xəbərlər