Siyasət

  • 667

“Azərbaycan- Qırğızıstan dostluğu Türk xalqlarının birliyinin nümunəsidir” -AÇIQLAMA

image

"Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Şurasının 2-ci iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu səfərin xalqlar və ölkələr arasında qardaşlıq, dostluq münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edəcəyini vurğulayıb. Onlar həm investisiya sahəsində olan məsələləri,həm də energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Gələcəkdə isə nəqliyyat sahəsində də fəal əməkdaşlıq edəcəklərini qeyd ediblər”. Bu fikirləri YAP Şamaxı rayon 6 saylı ərazi partiya təşkilatının sədr müavini, Şamaxı Dövlət Regional Kollecinin müəllimi Aytac Hacıyeva deyib.

Aytac Hacıyeva onu da bildirib ki, ölkəmizin inkişafı, dövlətinin və xalqının gələcəyi üçün daim çalışan Prezidentimiz İlham Əliyevin göstərdiyi səylər və əldə olunan nəticələr bütün dünyada müsbət dəyərləndirilir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov qırğız xalqının böyük yazıçısı Çingiz Aytmatovun abidəsinin açılışında iştirak etdilər. Qırğız Prezidenti Sadır Japarov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycana dövlət səfəri etməklə bağlı dəvətinə görə xüsusi təşəkkürünü bildirib. O gələcəkdə dövlətlərarası münasibətlərin yüksək səviyyədə inkişafına hazır olduğunu qeyd edib”.

Digər xəbərlər