Siyasət

  • 978

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümünə həsr olunan idman yarışları davam edir FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı və “XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”nin tərəfdaşlığı ilə ümummili lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında silsilə idman yarışları davam edir.30.04.2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Kollecin idman zalında stolüstü tenis idman növü üzrə yarış baş tutub. Yarışda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun müdiri İlham Səfərov və Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru İsrayıl İsgəndərov iştirak edib.İlk öncə Dövlət Himni səsləndirilib.Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, müasir müstəqil Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirdiyini qeyd edən B.Nəbiyev bu istiqamətdə aparılan kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük uğurların qazanıldığını bildirib. Vurğulanıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib, dünya idman arenalarında respublikamızı layiqincə təmsil edən idmançılar yetişib.
Çıxışının sonunda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirak edən komandalara uğurlar arzulayıb.Yarışın sonunda qalib komandanların üzvləri müvafiq olaraq diplom və medallarla mükafatlandırılıb.

Sonda ilk üç yerin qalibi olmuş komandaların üzvləri ilə xatirə şəkli çəkilib.

Digər xəbərlər