Siyasət

  • 701

Münasibətlərin möhkəmləndirilməsinə töhfə ŞƏRH

image

Aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəmizə dövlət səfəri etmişdir. Səfər çərçivəsində Azərbaycan və Qırğız Respublikasının Prezidentlərinin həm məhdud tərkibdə, həm də geniş heyətdə görüşləri baş tutmuş, iki ölkə arasında qarşılıqlı fəaliyyətin əsas məsələlərini müzakirə edilmiş, Dövlətlərarası Şuranın ikinci iclasını uğurla keçirmiş, müvafiq idarələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Həmçinin Dövlət başçıları Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər. Aprelin 25-də Füzuli və Ağdam şəhərinə gedib, orada görülən işlərlə tanış olub, bir sıra obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak ediblər. Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birgə mətbuata bəyanatlarla çıxışı zamanı həmkarının bu səfərinin ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib.

Ölkə başçısı çıxışında Azərbaycan və Qırğız Respubliksının iqtisadi-ticari sahədə fəal əməkdaşlıq etdiyini, mütləq rəqəmlərin hələ çox böyük olmadığını, lakin potensialın artma tendensiyasının mövcudluğunu vurğulayıb.Cənab Prezident həmçininn Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalandığını diqqətə çatdıraraq Nizamnamə fondununun 25 milyon dollardan 100 milyon dollara qədər artırıldığını, 100 milyon dolların son hədd olmadığını, müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün birlikdə tapşırıq verdiklərini bildirib.Ölkə başçısı işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işində dəstəyə görə Sadır Japarova xüsusi təşəkkürünü bildirib. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcəyini, birlikdə məktəbin təməlinin qoyulmasında iştirak edəcəklərini diqqətə çatdırıb.Prezident İlham Əliyev Azərbaycanın Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlı olduğunu, nəqliyyat sahəsində isə hər iki ölkədə irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisinin həyata keçirildiyini bildirib.Ölkə başçısı bəyanatında qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin qoyulmasını onun xatirəsinə ehtiram əlaməti, həmçinin Qırğızıstan-Azərbaycan qardaşlığının daha bir rəmzi olduğunu qeyd edib.Beləliklə, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə dövlət səfəri və onun nəticələri iki ölkə arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə, ticarət dövriyyəsinin artmasına təkan verəcək.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər