Siyasət

  • 989

Azərbaycan-Qırğızıstan münasibətləri yüksələn xətlə inkişaf edir ŞƏRH

image

Azərbaycan dövlətinin uğurlu xarici siyasəti ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da artırıb. Ölkəmiz sistemli diplomatik əlaqələr qurmaqla, həmçinin bütün türkdilli dövlətlər arasında da səmimi dostluq və qardaşlıq münasibətlərinin formalaşması istiqamətində önəmli addımlar atır. Təbii ki, bu əlaqələrin inkişafını stimullaşdıran əsas amillərdən biri də ölkələrin dövlət başçıları səviyyəsində baş tutan səfərlərdir. Azərbaycan ilə Qırğızıstan münasibətlərinin zəngin tarixi keçmişi vardır. Azərbaycanlılarla qırğızları türkdilli xalqlara mənsubluq və din eyniliyi birləşdirir. Bu gün Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb. Aprelin 24-25 tarixlərində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına təkan verəcək. Bunu Prezident İlham Əliyevlə Prezident Sadır Japarovun keçirdikləri məhdud və geniş tərkibdə görüşlərdən, imzalanan sənədlərdən daha aydın görmək olur. Qırğız Respublikasının Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb. Görüş zamanı həm məhdud tərkibdə, həm də geniş heyətdə iki ölkə arasında qarşılıqlı fəaliyyətin əsas məsələləri müzakirə olundu. İki dövlət arasında bütün sahələrdə praktiki əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bu, ondan irəli gəlir ki, Azərbaycan və Qırğızıstan münasibətləri möhkəm bünövrə üzərində qurulub və strateji tərəfdaşlığa əsaslanır. Prezidentlərin görüşlərdə əməkdaşlığın bir çox mühüm məsələlərini müzakirə etmələri perspektiv əməkdaşlığın daha da güclənəcəyinə əsas verir.

Svetlana Mirzəyeva

YAP Qusar rayon təşkilatının fəalı

Digər xəbərlər