Siyasət

  • 1 016

COP 29 Konfransı: Azərbaycanın İqlim Dəyişikliyi ilə Mübarizədəki Rolu ŞƏRH

image

Azərbaycan son illərdə ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində önəmli addımlar atmaqla beynəlxalq arenada diqqət mərkəzindədir. 2024-cü ildə Bakıda keçiriləcək COP 29 konfransı, gərgin səylərin nəticəsi olaraq ölkəmizdə ətraf mühit siyasəti və iqlim dəyişikliyi ilə mübarizəyə olan diqqəti daha da artıracaq. COP 29 yəni BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı, hər il müxtəlif ölkələrdə keçirilir və iqlim dəyişikliyinin qarşısının alınması üçün dünya ölkələrinin rəhbərlərini, elmi mütəxəssisləri və ictimai təşkilatları bir araya gətirir. Bu konfrans Paris İqlim Anlaşmasının həyata keçirilməsi və karbon emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi kimi mühüm məsələləri müzakirə etmək üçün platforma təqdim edir. Azərbaycan öz iqlim siyasətini təkmilləşdirmək və COP 29-a ev sahibliyi etmək üçün genişmiqyaslı hazırlıqlar aparır. Ölkə, karbon emissiyalarını azaltmaq, alternativ enerji mənbələrini inkişaf etdirmək və ekoloji dayanıqlılığı artırmaq məqsədilə bir sıra tədbirlər reallaşdırır. Bu tədbirlər arasında günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, enerji səmərəliliyini artırmaq üçün yeni texnologiyaların və şəhər planlamasında "yaşıl" standartların tətbiqi daxildir. Azərbaycan fosil yanacaqlarından asılılığını azaltmaq və bərpa olunan enerji mənbələrinə keçid etmək istiqamətində ciddi addımlar atır. Ölkə, bu sahədəki potensialını rəqəmsallaşdırma və innovasiya ilə gücləndirir, xüsusilə günəş və külək enerjisi sahəsində. Həmçinin, dövlət tərəfindən enerji səmərəliliyini artırmaq və karbon izini azaltmaq mqsədilə müxtəlif stimullar təqdim edilir. COP 29-dan öncə Azərbaycan hökuməti, ictimaiyyətin ekoloji məsələlərə diqqətini artırmaq və fəal iştirakını təşviq etmək üçün bir sıra təşəbbüslər həyata keçirir. Bunlara məktəblərdə ekoloji təhsilin gücləndirilməsi, kütləvi informasiya vasitələrində mütəmadi maarifləndirmə işlərinin aparılması və ictimaiyyətlə məsləhətləşmələr daxildir. Azərbaycan COP 29 çərçivəsində dünya ölkələrilə birgə iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirir. Bu konfrans, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəki iradəsini və dünya səviyyəsində ekoloji liderlik rolunu gücləndirmək üçün mühüm bir platformadır. Azərbaycan, iqlim dəyişikliyi ilə mübarizədə innovasiya və texnologiyaya xüsusi önəm verir. Ölkə xüsusilə tullantıların idarə edilməsi, su resurslarının səmərəli istifadəsi və atmosferə atılan zərərli qazların azaldılması sahəsində yeni texnologiyaları tətbiq etməklə ekoloji dayanıqlılığı gücləndirməyə çalışır. Bu yeniliklər, həm ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, həm də bərpa olunan enerji mənbələrinin effektiv istifadəsinə imkan verir. Azərbaycan hökuməti ictimai məsuliyyəti, eləcə də, təhsilin ətraf mühitin qorunmasında mühüm rol oynadığını əsas tutaraq bu sahədə müxtəlif tədbirlər həyata keçirir. Məktəblərdə və universitetlərdə ekoloji təhsil proqramları genişləndirilir, əhali arasında ekoloji maarifləndirmə artırılır. Bu tədbirlər, həm ictimai şüurun, formalaşmasına həm də ekoloji davranışların yaxşılaşdırılmasına yönəlmişdir. Təsadüfü deyil ki, təhsil aldığım Azərbaycan Dövlət İqtisad Univerisitetində də “yaşıl

iqtisadiyyat,” “yaşıl univerisitet”layihələri uğurla icra edilir, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Ekoloji turizm, Azərbaycan iqtisadiyyətinin inkişafında yeni bir sahə kimi qarşıya çıxır. Ölkə, təbiəti və bioloji müxtəlifliyi ilə zəngin olan bölgələrdə ekoturizm layihələrini həyata keçirərək, həm təbiətə qayğı göstərir, həm də yerli əhalinin məşğulluğunu artırır. Bu tədbirlər, ölkənin turizm sektoruna yeni bir nəfəs gətirir və iqtisadiyyata müsbət təsir edir. Azərbaycan COP 29 kimi nüfuzlu bir beynəlxalq konfransa ev sahibliyi etməklə böyük bir məsuliyyət daşıyır. Bu konfransa, ölkənin qlobal iqlim dəyişikliyi ilə mübarizədəki iradəsini və qabiliyyətini ortaya qoyur. Azərbaycanın bu konfransda qarşılaşacağı əsas çağırışlar, effektiv beynəlxalq əməkdaşlıqlar qurmaq, öz iqlim tədbirlərini dünya səviyyəsində səmərəli şəkildə təqdim etmək və digər ölkələrlə bilik və təcrübə mübadiləsini dərinləşdirmək olacaq. Ölkənin bu konfransda sərgiləyəcəyi uğurlar, həm daxili, həm də beynəlxalq miqyasda Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəki liderliyini daha da möhkəmləndirəcək. COP 29-un Azərbaycanda keçirilməsi, ölkəmizin bu qlobal məsələyə münasibətdə məsuliyyətini və liderlik rolunu nümayiş etdirir. Bu konfrans, həm ölkəmizin ekoloji siyasətlərini irəli aparmaq, həm də dünya səviyyəsində iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynamaq üçün əlverişli imkanlar yaradır. Azərbaycanın bu önəmli hadisəyə ev sahibliyi etməsi, həm daxili, həm də beynəlxalq miqyasda iqlim dəyişikliyi iləübarizədə yeni mərhələnin başlanğıcı olacaq.

Lamiyə Qurbanova

YAP üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin V kurs tələbəsi

Digər xəbərlər