Siyasət

  • 1 199

Azərbaycan Almaniya yaşıl enerji sahəsində əməkdaşlıq edəcək - ŞƏRH

image

26 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniya Respublikasına rəsmi səfər edib. Cənab prezident İlham Əliyevin mütəmadi xarakter almış rəsmi və işgüzar səfərləri ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmiş, eyni zamanda ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Cari ilin 26 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Almaniyaya növbəti səfəri bu baxımdan xüsusilə əhəmiyyətli olmuşdur. Səfər çərçivəsində dövlətimizin başçısı Almaniyada mühüm görüşlər keçirmişdir. Almaniyanın Kansleri Olaf keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən dövlətimizin başçısı Azərbaycanla Almaniya, eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında mövcud əlaqələrin inkişafından və qarşıya qoyulmuş vəzifələrdən bəhs etdi. Cənab Prezident xüsusilə son illərdə ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlmiş əlaqələrindən məmnunluğunu bildirmiş, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanların mövcudluğunu iştirakçıların nəzərinə çatdırmışdır. Qeyd etməliyik ki, Avropa İttifaqının əsas lokomotivi rolunda çıxış edən Almaniya Azərbaycana regionun lider dövləti kimi yanaşır və respublikamızda həyata keçirilən iqtisadi – siyasi və hüquqi islahatları yüksək qiymətləndirir. Qarşılıqlı rəsmi səfərlər və imzalanmış mühüm sazişlər nəticəsində əlaqələrimiz daha da dərinləşməkdədir. Son illərdə ikitərəfli qarşılıqlı səfərlər və əldə edilən anlaşmalar münasibətlərimizin inkişafında böyük rol oynamışdır. Xüsusilə enerji təminatı istiqamətində atılan addımlar böyük əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsində Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu daha da artmaqdadır. Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. “15-ci Petersberq İqlim Dialoqu”nda COP29-a ev sahibliyi edəcək ölkə kimiAzərbaycanın yer alması, Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı bir daha ölkəmizin iqlim dəyişikliyi ilə bağlı məsələlərdə atdığı addımları, mövcud siyasətini dünya ictimaiyyətinə təqdim etməsinə imkan verdi. Son illər dünyanın ən qlobal problemlərindən biri də enerjidir. Azərbaycan bu baxımdan da dünyanın maraq dairəsindədir. Azərbaycan həm də yaşıl enerji ixracatçısıdır. Ölkə Prezidenti cənab İlham Əliyev Almaniyada mətbuat konfransında bu haqda da fikir səsləndirərək dedi ki, “Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir”. Həmin beynəlxalq platformadan məharətlə istifadə edərək Prezident İlham Əliyev faydalı qazıntı yataqları ilə zəngin olan ölkə kimi Azərbaycanın qlobal yaşıl gündəliyin icrasında əhəmiyyətli rolunu ortaya qoydu, iqtisadiyyatınde karbonizasiyası, habelə alternativ enerjidən səmərəli istifadə strategiyasını xüsusi vurğuladı. Nəzərə alsaq ki, Azərbaycan son illərdə Avropa İttifaqı üçün əsas təbii qaz təchizatçısına çevrilib, alternativ enerjinin əldə olunması üçün görülən tədbirlər, ölkə başçısının qeyd etdiyi kimi, Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət etmək üçün şərait yaradacaqdır: “Hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işlərinin son mərhələsindəyik. Bu, dörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq.

Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər