Siyasət

  • 1 074

Azərbaycan-Almaniya əlaqələri yeni inkişaf mərhələsində - ŞƏRH

image

26 aprel 2024-cü il tarixində Almaniya Federativ Respublikasında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və prezident Frank-Valter Ştaynmayer ilə görüşü baş tutmuşdur. Son dövrlər Almaniya və Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır. Bu əlaqələrin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük önəm kəsb edir. İki ölkə arasında baş tutan səfərlər, həmçinin Almaniyada keçirilən biznes forumlar ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da genişlənməsinə xüsusi töhfə verir. Almaniya ölkəmizi Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir.

Görüş zamanı “Petersberq İqlim Dialoqu”nun əhəmiyyəti və ölkə başçısının bu tədbirdə çıxışı qeyd olundu. Görüş zamanı COP29-la bağlı yaradılan “üçlük” mexanizminin əhəmiyyətinə toxunulmuş və COP29-la bağlı Almaniyanın Azərbaycana dəstək göstərəcəyi vurğulanıb. COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Ölkəmizin yaşıl gündəliyi bütün dünyaya bəllidir. Yaşıl enerjini ixrac etmək üçün fəal çalışılır. 2027-ci ilin sonunadək 9 günəş və külək eelektrik stansiyası istismara verəcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək. Bunun da potensialı 5 qiqavata qədərdir. Bununla da Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaqdır. Hər iki ölkə arasında enerji sahəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. SOCAR və Almaniyanın “Uniper” şirkəti 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıblar.

Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir. Ölkə başçısının Almaniyaya səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Azərbaycan və Almaniya arasında müqvilə-hüquq bazası olduqca genişdir. İndiyənədək 70-dən çox imzalanmış və bir neçə layihəyə isə baxılır. Keçirilən görüşlər, aparılan danışıqlar nəticəsində Azərbaycan və Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi üçün əlverişli imkanlar yaranacaq.

Nigar Abdullayeva

AMEA Folklor İnstitutu YAP Yasamal rayon ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər