Siyasət

  • 836

Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir

image

Aprelin 25-də Prezident İlham Əliyevin Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib, daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında deyib: Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. COP29-a ev sahibliyi etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Bu, bizim yaşıl keçidlə bağlı səylərimizin tanınmasının göstəricisidir.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi böyük hadisədir. Bu ilk öncə onu göstərir ki, Azərbaycan müasir çağırışların öncüllərindən biri və qlobal problemlərə həssaslıqla yanaşan bir ölkədir. Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək. Belə düşünmək üçün kifayət qədər əsas verir. Azərbaycanda olan infrastruktur, habelə rəsmi Bakının beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsi COP29-a da uğurla ev sahibliyi edəcəyinə şübhə qoymur. Son vaxtlar dünyada gədən proseslər, yaşıl enerji məsələsinə diqqətin artırılması, belə vacib tədbirin isə məhz Azərbaycanda keçilməsi ölkəmizin beynəlxalq nüfuzuna daha da müsbət təsir edəcək. Yaşıl enerjiyə keçidlə əlaqədar Azərbaycanın gördüyü tədbirlər və bu istiqamətdə dövlət başçısının xüsusi rolu mütləq qeyd edilməlidir.
Prezident İlham Əliyev onu da qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycan tərəfi olub. Belə ki, sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplər Azərbaycan tərəfindən formalaşdırılıb və təqdim olunub. Azərbaycan tərəfi, həmçinin bunun əsasında sülh müqaviləsinin mətnini hazırlayıb.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Azərbaycan COP29-u həm də Cənubi Qafqazda sülh prosesini sürətləndirmək imkanı baxımından dəyərləndirəcək. COP29 tədbirinə sadəcə adi ekoloji tədbir kimi yanaşmaq, onun əhəmiyyətini dair çərçivəyə salmaq düzgün deyil. Bu beynəlxalq konfransın Azərbaycanın müxtəlif sahələrinə birbaşa və dolayı təsirlərini qarşıdakı illərdə görəcəyik.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər