Siyasət

  • 427

Rayon məktəbliləri üçün Beyləqan Rayonu Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunmuşdur - ŞƏRH

image

Tədbirlər Planı çərçivəsində “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü” ilə əlaqədar Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

2024-cü il aprelin 30-da YAP Xocavənd rayon təşkilatı və Xocavənd rayon İcra Hakmiyyəti tərəfindən rayon məktəblilərinin iştirakı ilə Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Ekskursiyada məktəblilərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar. Sonda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş film izlənmişdir.

Digər xəbərlər