Siyasət

  • 916

Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

image

Azərbaycan Avropa ölkələri ilə siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirir, qitənin gələcəyinə dair sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya kimi aktual mövzuların müzakirəsində yaxından iştirak edir, bu isə ölkəmizin Avropa ilə əlaqələrinin perspektivlərindən və etibarlı gələcəyindən xəbər verir.

Aprel ayının 26-da Almaniyaya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da birgə mətbuat konfransı keçiriblər. Dövlət başçımızın Pitersberq İqlim Dialoqunda iştirakı ölkəmizdə keçiriləcək COP 29-a hazırlıq prosesi kimi dəyərləndirmək olar. Cənab İlham Əliyev Pitersberq İqlim Dialoqunda etdiyi çıxışında Azərbaycanın bərpa olunan enerji potensialı, iqlim dəyişikliklərə qarşı verdiyimiz töhfələr və ölkəmizin bu tədbirə uğurla ev sahibliyi edəcəyi ilə bağlı məsələləri geniş qeyd edib. Görüşdə həmçinin Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri, habelə cari regional vəziyyət müzakirə olunub. Ümumiyyətlə, Azərbaycan-Almaniya münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə əməkdaşlığın, sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, Almaniya da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Bütövlükdə, Almaniya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.
Dövlət başçımız həm Pitersberq İqlim Dialoqunda, həm də mətbuat konfransında ölkəmizin bərpa olunan enerji potensialının yüksək olduğunu, 2030-cu ilə qədər 5 qiqavat yaşıl enerji isthehsal edəcəyimizi və Qara dənizin dibi vasitısilə çəkiləcək kabel xətti ilə 4 qiqavat ixrac edə biləcəyimizi bildirdi. Prezident İlham Əliyev Azərbaycanla Avroap İttifaqı arasında formalaşmış yüksək əlaqələrə toxundu. Belə ki, Avropa İttifaqına daxil 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrimizin olduğunu qeyd edən ölkə başçımız gələcəkdə bu əlaqələrin daha genişləndirmək niyyətində olduğumuzu ifadə etdi.
Dövlət başçımız Azərbaycan Ermənistan arasında münasibətlərinin normallaşması prossesinə də toxunaraq qeyd edib. “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq. Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə də müsbət addımlar atılacaq. Biz Almaniyanın bu sahədəki dəstəyini xüsusilə qiymətləndiririk və buna görə Sizə minnətdarıq”.
Mövcud reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan və Almaniya əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıdırlar. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə mövcud təmasların sıxlaşması hər iki ölkənin milli maraqlarına uyğundur. İki ölkə arasında gələcəkdə yeni əməkdaşlıq platformalarının yaradılması mümkündür.

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri

Digər xəbərlər