Elə insanlar var ki, sosial şəbəkə fenomeni olmağından fərəh düyür, qürurlanır, bəzi hallarda təşərlənir. İnsanların şantaj olunması, təhqir edilməsi, haqqında ittihamlar irəli sürülməsi halları da sosial şəbəkələrin fəal ünsürlərinin əsas istinad etdikləri vasitələrdəndir. Bu baxımdan birmənalı şəkildə demək olar ki, sosial şəbəkələr və onların fəal ünsürləri cəmiyyət üçün təhlükə mənbəyinə çevrilir. Dövlət lazımı tədbirlər, xüsusilə də bu istiqamətdə sərt qanunlar qəbul etməsə, cəmiyyətdə ciddi fəlakətlər yarana bilər. Nəzərə almaq lazımdır ki, bir sıra ölkələrdə sosial şəbəkələr üzərində dövlət nəzarəti təmin olunub. Azərbaycanda isə dövlət internet azadlığını məhdudlaşdırmaq fikrində deyil. Bundan istifadə edən özlərinə və sözlərinə sərhəd qoymağı bacarmayanlar sosial şəbəkələr üzərindən ağıllarına deyil, ağızlarına gələnləri yazır və ya paylaşırlar. Əsasən də, özlərini siyasətçi hesab edən məxluqlar internet azadlığından geninə-boluna bəhrələnməyə çalışırlar. Nə zaman baxsan AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı və cəbhəçi trollar sosial şəbəkələrdədirlər. Sanki bu məxluqların işləri, istirahətləri, yatmaqları belə sosial şəbəkələrdir. Görülən uğurlu işlərə, həyata keçirilən möhtəşəm islahatlara, göz oxşayan quruculuq, abadlıq, bərpa işlərinə yamaq vurmağa, əmmaqulu çıxartmağa, qulp qoymağa çalışırlar. Bəzi hallarda da Ə.Kərimli pafoslu şəkildə yazır ki, “demokratiya olsa idi, filan cür yaşayış olardı”, “gercək azadlıqlar olsa idi, insanların hüquqları filan formada təmin olunardı” və bu kimi digər özündən uydurulmuş fikirlərlə statusunu “zənginləşdirməyə” çalışır. Lakin anlamır ki, Azərbaycan nümunəvi azad, demokratik dövlətdir. Əgər özünün uydurduğu ab-hava olsa idi, o, azadlıqda deyil, türmədə var-gəl edərdi. Doğrudan da, insan hüquq və azadlıqları sahəsində problemlər yaşansa idi, Ə.Kərimli və ətrafındakı trollar sosial şəbəkələr vasitəsi ilə xalqını sevən, dövlətinə bağlı olan ləyaqətli insanları təhqir edə bilməzdi. Əgər internet azadlığı olmasa idi, dağıdıcı müxalif ünsürlər hər fürsətdə sosial şəbəkələrdə cəmiyyəti təhdid edən, dövlətin imicinə ləkə ola biləcək şantaj xarakterli statuslar paylaşmazdı. Nəhayət, Azərbaycan humanizm prinsiplərindən, xeyirxahlıqdan uzaq olsa idi, o zaman Ə.Kərimli, C.Həsənli, F.Qəhrəmanlı, G.Hacıbəyli, S.Həzi və digərləri xaric antişəbəkə ilə əməkdaşlıq edib, ölkəmizin iç məsələlərini onlara satmazdı.
Əli Kərimlinin insan hüquq və azadlıqlarından danışmağa haqqı yoxdur
Çox vaxtı Ə.Kərimli və ətrafında olan trollar sanki müxtəlif cinayət əməlinə görə həbs edilən şəxslərin vəkilləridir. Kim həbs edilirsə, dərhal Ə.Kərimli və trolları hay-küy qaldırırlar. Onlar üçün önəmli deyil həbs edilən dələduzdur, qoyun-quzu oğrusudur, yoxsa xarici dövlətin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən agentdir. Əsası odur ki, mətbuatın diqqət mərkəzinə çevrilmək və sosial şəbəkələrdə status yazmaq üçün mövzuları var.
Araşdırma apararkən məlum olur ki, Ə.Kərimli istənilən həbs olunan şəxsi “müdafiə etməklə” müəyyən məkrli məqsəd güdür. Sadəlövh azərbaycanlı elə düşünə bilər ki, Ə.Kərimli və trol dəstəsi hər kəsin “yanındadır”. Əslində, onların niyyətləri məhz həbs olunan insanlar arasında iki-üç nəfərin müdafiəsini təşkil etməkdir. Əgər Ə.Kərimli ona təqdim edilən siyahı üzrə hərəkət edib, yalnız siyahıda adları keçən şəxslərin müdafiəsi ilə bağlı hay-küy qaldırsa, bu, sosial şəbəkədəki “dostlar”ı arasında narazılıq yaradar. Həm də məqsədi və niyyəti faş olunar. Ona görə də, Ə.Kərimli həbs olunan istənilən şəxsin “müdafiəçisi” rolunda çıxış etməklə əsas məkrli niyyətini ört-basdır etmiş olur. Lakin el məsəlidir, “cidanı çuvalda gizlətmək olmaz”. Ə.Kərimlinin də məkrli planın əsl məqsədinin nədən ibarət olduğu ictimaiyyətə bəllidir. Ona görə də Ə.Kərimli belə oyunlarına son versə daha yaxşı olar. Əks halda, cəmiyyətin fəal təbəqəsi onu elə öz metodunda sıradan çıxaracaq.
İLHAM ƏLİYEV