Siyasət

  • 1 001

Saatlıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatı “Mirağa Ağayev küçəsi, 44” ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Mirağa Ağayev küçəsi, 44” ərazi partiya təşkilatının sədri, Saatlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ağa Əsədov, YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev və digərlərinin çıxışlarında Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən söz açılıb. Vurğulanıb ki, Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirib.
Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sisteminin qurulması və inkişafında müstəsna xidmətləri var. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana hakimiyyəti dövründə qəbul edilən qərarlar, hazırlanan kompleks tədbirlər planı aqrar sahədə dayanıqlı inkişafın təməl prinsiplərini formalaşdırıb. Ulu Öndərin ölkəmizə bəxş etdiyi aqrar torpaq islahatları həm vətəndaşların, həm də respublikamızın iqtisadi, siyasi həyatında təkzibolunmaz nailiyyətlərə yol açıb.

Digər xəbərlər