Siyasət

  • 878

“Bu məsələ qarşılıqlı etimadı möhkəmləndirən amil kimi qeyd edilməlidir“ - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

image

“Almaniya ilə əlaqələrin həm çoxtərəfli, həm də ikitərəfli əsasda inkişaf etdirilməsi Azərbaycanın Avropa siyasətində mühüm istiqamətlərdən biri olaraq dəyərləndirilə bilər. Xüsusilə də, enerji sahəsində əməkdaşlığın inkişafı qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə təkan verən istiqamət olmaqla yanaşı böyük önəm kəsb edir. Heç şübhəsiz ki, Almaniya kansleri Olaf Şoltsun Ermənistanla Azərbaycan arasında davam edən sülh danışıqlarına töhfə vermək cəhdləri və konstruktiv mövqe nümayiş etdirməsi hər zaman dövlət başçımız tərəfindən yüksək qiymətləndirilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib. Onun sözlərinə görə, bu məsələ qarşılıqlı etimadı möhkəmləndirən amil olaraq mütləq şəkildə qeyd edilməlidir: “Çünki bizim xarici siyasətimizdə xüsusi önəm kəsb edən əsas məsələ ərazi bütövlüyümüzə və suveren hüquqlarımıza hörmət prinsipinə əsaslanan diplomatik əlaqələrin formlaşdırılmasıdır. Cənab Prezidentin Almaniyaya səfəri çərçivəsində keçirilən görüşlər zamanı verilən mesajlar da bir daha sübut edir ki, Almaniya-Azərbaycan əlaqələri qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan inkişaf dinamikasına sahibdir və gələcək münasibətlərin yol xəritəsi də bir çox strateji sahələri özündə ehtiva edir”.Politoloq bildirib ki, iqlim dəyişikliyi və yaşıl enerji sahəsində əməkdaşlıq, eləcə də biznes əlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərdə mühüm əhəmiyyət kəsb edir: “Bu nöqteyi-nəzərdən yanaşdıqda həm Avropa İttifaqı ilə əlaqələr fonunda, həm də qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə Almaniya ilə münasibətlər Azərbaycan Respublikasının xarici siyasi kursunda önəmli yerə sahib olduğunu əminliklə ifadə edə bilərik”.
Ləman Sərraf

Digər xəbərlər