Siyasət

  • 716

Azərbaycan və Almaniya arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir - ŞƏRH

image

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu niyyətini dəfələrlə bəyan edib, bu istiqamətdə əməli addımlar da atıb. Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyada mətbuat konfransında çıxış edərək xatırladıb ki, son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Mən keçən ilin mart ayında burada idim, iki ay bundan əvvəl biz Münxendə cənab Kansler ilə görüşmüşdük. İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.

Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsbe dir. COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. COP29-a ev sahibliyi etməyi ölkəmiz özü üçün böyük şərəf sayır. Lakin bu həm də məsuliyyətdir. İndi Azərbaycan bu qlobal tədbirə ev sahibliyi edəcək ölkə kimi hazırlığın fəal mərhələsindədir. Artıq COP29-a az vaxt qalır. Odur ki, yaxşı nəticələrə nail olmaq üçün əlimizdən gələni edirik. “Yaşıl gündəliyimiz” də artıq dünyaya bəllidir. Bu gün Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Almaniya Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir. Prezident İlham Əliyevin Avropa İttifaqı ölkələri ilə, xüsusilə də Avropanın ən inkişaf etmiş ölkəsi olan Almaniya ilə səmimi dostluq münasibətlərinə əsaslanan qarşılıqlı əməkdaşlığı intensivləşdirməsi respublikamızın etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə səbəb olub. Növbəti inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Almaniya münasibətləri son illərdə siyasi-iqtisadi mahiyyət kəsb etməklə yanaşı, humantiar, sosial, elm, təhsil, səhiyyə, idman, turizm, infrastruktur sahələrini əhatə edərək əməkdaşlığın dinamizmini daha da sürətləndirib. Azərbaycan və Almaniya arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir, effektiv dialoq mövcuddur. Onu da xatırlatmaq yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyev 1996-cı il iyulun 1-4-də Almaniyada rəsmi səfərdə olub. Təsadüfi deyil ki, Berlin bu illər ərzində Avropada Bakının ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib. Eləcə də, Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır. Almaniya dünya siyasətində öz yeri və rolu olan ölkədir. Ona görə də Prezident İlham Əliyevin bu dövlətə səfəri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan lideri səfər zamanı ikitərəfli münasibətlərin pik həddə olduğunu xüsusi qeyd edib. O bildirib ki, son vaxtlar Almaniyaya səfərləri müntəzəm xarakter alıb və Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır.

Prezident cənab İlham Əliyevin fəal diplomatiya sayəsində Azərbaycanın bütün dünya üçün nümunə sayılan müsbət reallıqlarını beynəlxalq birliyin diqqətinə çatdırır. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın əldə etdiyi mühüm geosiyasi uğurlardan biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Göründüyü kimi, Azərbaycanla Almaniyanın münasibətləri hazırda sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan bundan sonra da Avropa üçün uzun illər əhəmiyyətli tərəfdaş olacaq.

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

Digər xəbərlər