Siyasət

  • 542

Şəhidlərin xatirəsi yad edildi - ŞƏRH

image

Biləsuvar rayonunun Təzəkənd kəndində I Qarabağ müharibəsi şəhidi Şirinov Ruslan Yusif oğlunun anım günü və Ağalıkənd kəndində II Qarabağ müharibəsi şəhidi Mirzəyev Elmar Şahin oğlunun doğum günü ilə əlaqədar ailələri ziyarət olundu.

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılmış xatirələri yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Daha sonra ziyarətçilər şəhidlərin ailələrinə baş çəkərək valideynləri ilə görüşüblər. Görüşdə şəhidlərin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edilərək bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daim əziz tutulur. Ziyarət iştirakçıları şəhid ailələrinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildiriblər.

Şəhidlərin doğmaları göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Azərbaycan Ordusunun əsgəri olan şəhid Şirinov Ruslan Yusif oğlu 30 mart 1975-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. 1982-1993-cü illərdə Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. 15 aprel 1993-cü ildə Biləsuvar Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılıb. Ağdam rayonunun Qərvənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 1 may 1994-cü ildə Təzəkənd kənd qəbirstanlığında dəfn olunmuşdur. Şəhidimiz subay idi. Ölümündən sonra adı əbədiləşdirilərək Təzəkənd kənd tam orta məktəbinə verilmişdir.

Azərbaycan Ordusunun baş leytenantı olan şəhid Mirzəyev Elmar Şahin oğlu 1 may 1995-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzulinin azdlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 16 oktyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Mirzəyev Elmar Şahin oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Digər xəbərlər