Siyasət

  • 1 130

May ayında Əfv olacaq? - KOMİSSİYA ÜZVÜ AÇIQLADI

image

“Aprel ayının 3-dən Əfv Komissiyası öz işinə başlamışdır. Ötən müddət ərzində Əfv Komissiyasının üst iclası keçirilmiş, 400-ə yaxın müraciətə baxılmış və müvafiq rəylərin hazırlanması barədə qərarlar qəbul edilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.Əliməmməd Nuriyev sözlərinə belə davam edib: “Əfv üçün müraciət edən şəxslər kateqoriyası çox müxtəlifdir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit olunmuş bütün müvafiq maddələrin əksəriyyəti ilə bağlı Əfv Komissiyasına müraciətlər daxil olub.Əfv komissiyasının katibliyi eyni zamanda Prezident Administrasiyasının hüquq-mühafizə orqanlarının iş şöbəsində Əfv sektoru fasiləsiz işləyərək daxil olan müraciətləri emal edir və müvafiq qərarlar hazırlayaraq onu Əfv Komissiyasının sədri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevə təqdim edir. Samir müəllim tərəfindən də iclaslar çağrılır, Əfv Komissiyası öz işini davam etdirir.Növbəti iclasımız bugün olacaq. Əlbəttə, daxil olan müraciətlərə baxılması vaxtından asılı olaraq gələcəkdə, o cümlədən may ayında əfv sərəncamının olması gözlənilə bilər. Əfv sərəncamını nə vaxt imzalamaq Prezidentin qərarından asılı olan bir məsələdir. Ona görə konkret olaraq hər hansı bir tarix söyləmək doğru olmazdı. Əfv komissiyası öz işlərini davam etdirir və müraciətlərə baxır”.
Ayşən Vəli

Digər xəbərlər