PDF Oxu

Siyasət

  • 2 278

Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub - ŞƏRH

Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub - ŞƏRH

Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri həmişə birgə fəaliyyət göstərmiş, bütün etnik qrup və dinlərin nümayəndələri, mehriban, sülh və harmoniya şəraitində yaşamışlar. Məhz buna görə də respublikamız çoxmillətli, çoxkonfessiyalı ölkə kimi tanınır. Xalqımızın qədim tarixi, adət və ənənələri, millimənəvi dəyərləri, yerləşdiyi coğrafi mühit də Azərbaycanın sivilizasiyaların qovuşduğu bir məkana çevrilməsində böyük rol oynayıb. Son 21 ildə həyata keçirilən düşünülmüş siyasi kurs ölkəmizi dünyanın mədəniyyət mərkəzlərindən birinə çevirib. Prezident İlham Əliyevin mədəniyyət sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində bu gün Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanıdır.

Məhz mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyev çıxışında da bildirib ki, Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır. “Azərbaycan daxilində mədəniyyətlərarası dialoq hər zaman müsbət olub”, - deyən dövlət başçısı vurğulayıb ki, biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Prezident qeyd edib ki, multikulturalizm Azərbaycan vətəndaşları üçün hər hansı abstrakt məfhum deyil, həyat tərzidir və biz indi öz rolumuzu körpülərin salınmasında görürük. Çünki Azərbaycan hər zaman dünyada sabitləşdirici və birləşdirici aktor kimi tanınır. Elə bu günlərdə ADA Universitetində keçirilən «COP29 və Azərbaycan üçün Yaşıl Baxış» mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev “Həyata keçirilən əməkdaşlıq strategiyasını nəzərə alaraq, Azərbaycanı Şərq və Qərb dünyası arasında ən əhəmiyyətli körpü kimi görürsünüzmü” sualını cavablandırarkən vurğuladı ki, ən əhəmiyyətli körpü məncə çox təkəbbürlü səslənə bilər. Amma bəli, bu, bir növ mədəniyyətdir: “Mən deyərdim, körpü ona görə ki, yerləşdiyimiz coğrafiya cəmiyyətin həyat tərzinə, əhvali-ruhiyyəsinə mütləq təsir edib. Biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik, çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir. Beləliklə, şübhəsiz ki, bu yer bizə nəqliyyat əlaqələrinin qurulmasında fəal olmağı diktə edir, çünki mövqeyimizdən istifadə etməsək, heç kim bizi bağışlamaz…Təkcə dəmir yolu və limanlar tikmək kifayət deyildir. Biz ölkələr arasında körpülər qurmalıyıq».

Onu da qeyd edim ki, 2008-ci ildən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” 16 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib və nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb. Belə ki, mayın 1-də öz işinə başlayan və üç gün davam edəcək Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəlirlər.

Bu faktı xüsusi olaraq vurğulamaq lazımdır ki, regional güc mərkəzi olan respublikamız həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ümumiyyətlə, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycan dünyada böyük etimad qazanan ölkə - etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Dövlət başçısının qeyd etdiyi kimi: “Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var”.

Beləliklə, yüksək nüfuza malik olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir, ölkəmizdə baş tutan qlobal əhəmiyyətli tədbirlər bəşəriyyət üçün aktual olan məsələlərin müzakirəsi və həlli baxımından fundamental əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Forumun çox mühüm bir çox vacib məsələlərə toxunaraq bildirmişdir ki, “Məmnunam ki, burada 100-dən artıq ölkənin nümayəndəsi var. Əslində, bu, 110 ölkədir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur. Biz indi qısa videoçarx seyr etdik, orada “Bakı Prosesi” haqqında bəhs olunur. Əslində, biz prosesi başlayanda heç təsəvvür edə bilmirdik ki, onun nəticəsində insanları - ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirəcəyik, bir məqsəd ətrafında toplayacağıq ki, necə edək bizim dünyamız daha təhlükəsiz olsun. Çünki bunun əsasında mədəniyyətlərarası dialoq dayanır».

Vurğulamaq istərdim ki, Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər sivilizasiyalararası dialoqun inkişafında mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, Azərbaycan öz təklif və təşəbbüsləri ilə sivilizasiyalararası dialoqun inkişafına, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizmin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər mühüm tədbirlər məhz beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan Azərbaycanda keçirilir. Nəticə etibarilə, Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir, ölkəmizin ev sahibliyi etdiyi qlobal əhəmiyyətli nüfuzlu tədbirlər qarşılıqlı anlaşma və əməkdaşlığa xidmət edir, sivilizasiyalararası dialoqun təşviqi və inkişafında yeni yanaşmaların, ideyaların meydana çıxmasına əlverişli zəmin yaradır. Eyni zamanda, Azərbaycanın həm müxtəlif tədbirlərə ev sahibliyi etməsi, həm də dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı kimi çıxış etməsi sivilizasiyalararası dialoqun genişləndirilməsinə, bu istiqamətlərdə səmərəli fikir mübadiləsinin aparılması və işbirliyinin gücləndirilməsinə fundamental töhfələr verir.

Həmçinin, Prezident İlham Əliyev cənabları 30 il işğal dövrünün reallıqları barədə tədbir iştirakçılarına məlumat verərək bildirdi ki, bütün əvvəlki dialoq forumlarında işğal və ədalətsizlik haqqında danışılıb və insanların bundan əziyyət çəkdiyi bildirilib. Beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qaldı. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, etnik təmizləməyə məruz qaldı. İşğal altında olan bütün torpaqlarımız dağıdıldı və yerlə-yeksan oldu. Bu gün işğaldan azad edilmiş torpaqlarımız törədilən o dağıntılara şahidlik edir. Tədbir çərçivəsində bu torpaqlarda olacaq iştirakçılar həmin reallıqları görmək imkanı əldə edəcəklər.

Bir sözlə, Prezident İlham Əliyev Forumun çox mühüm bir çox vacib məsələlərə toxunaraq bildirmişdir ki, “Məmnunam ki, burada 100-dən artıq ölkənin nümayəndəsi var. Əslində, bu, 110 ölkədir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur. Biz indi qısa videoçarx seyr etdik, orada “Bakı Prosesi” haqqında bəhs olunur. Əslində, biz prosesi başlayanda heç təsəvvür edə bilmirdik ki, onun nəticəsində insanları - ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirəcəyik, bir məqsəd ətrafında toplayacağıq ki, necə edək bizim dünyamız daha təhlükəsiz olsun. Çünki bunun əsasında mədəniyyətlərarası dialoq dayanır».

Həmçinin, Prezident İlham Əliyev cənabları 30 il işğal dövrünün reallıqları barədə tədbir iştirakçılarına məlumat verərək bildirdi ki, bütün əvvəlki dialoq forumlarında işğal və ədalətsizlik haqqında danışılıb və insanların bundan əziyyət çəkdiyi bildirilib. Beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qaldı. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, etnik təmizləməyə məruz qaldı. İşğal altında olan bütün torpaqlarımız dağıdıldı və yerlə-yeksan oldu. Bu gün işğaldan azad edilmiş torpaqlarımız törədilən o dağıntılara şahidlik edir. Tədbir çərçivəsində bu torpaqlarda olacaq iştirakçılar həmin reallıqları görmək imkanı əldə edəcəklər. Beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyulması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. «2019-cu ildə Bakıda görüşümüzdən sonra əfsuslar olsun ki, dünya təhlükəsiz olmayıb. Əfsuslar olsun ki, biz yeni münaqişələri görürük, yeni qeyri-sabitlik məkanlarını görürük və yeni təhdidləri görürük. Əminəm ki, hörmətli nümayəndələrdən ibarət auditoriya öz töhfəsini verəcək, ideyalar və yeni yanaşmalar formalaşacaq ki, qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılsın» söyləyən Prezident İlham Əliyev onu da qeyd etdi ki, həmin məsələlərin həllində, gündəlikdə olan məsələlərin müzakirəsində Azərbaycanın öz təcrübəsi var.

Bir sözlə, bütün bunlar bir daha təsdiqləyir ki, bu gün Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlər keçirilməsi üçün mötəbər məkana çevrilib. Və VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aparılacaq müzakirələr bu sahədə olan qlobal problemləri müəyyən edərək əməkdaşlıq, hərməylik, tərəfdaşlıq və qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində təkliflər verilərək xalqlar, dinlər, mədəniyyətlər və etnik amillər arasında əlaqələrin yaxşılaşdırılması istiqamətində böyük töhfə verəcək.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri

Digər xəbərlər