Siyasət

  • 906

Dünyada sabitlik məkanı kimi imic qazanan Azərbaycan - ŞƏRH

image

Ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq təşkilatların tədbirləri də təsdiqləyir ki,Azərbaycan artıq dünyada sayılıb–seçilən, müstəqil siyasət yeridən, suveren dövlət imici qazanıb və bu sahədə zəngin təcrübəyə malikdir. Ölkəmiz daha bir mötəbər tədbirə, “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusundakeçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Bu cür mötəbər tədbirlərin keçirilməsi üçün Azərbaycan artıq ənənəvi bir məkana çevrilib və bu gün də ənənə qorunub saxlanılır. Azərbaycanda ictimai-siyasi quruluşdan asılı olmayaraq heç vaxt milli və dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmayıb. Ölkəmizdə bütün dövrlərdə müxtəlif xalqların nümayəndələri bir ailə kimi yaşayıb və daim bir-biriləri ilə dostluq münasibətləri qurublar.

Artıq dünyanın mötəbər təşkilatları öz tədbirlərini ölkəmizdə keçirməyə üstünlük verir. Bunun da səbəbi Azərbaycanın dünyada sabitlik məkanı kimi imic qazanmasıdır. Ona görə ki, siyasi, iqtisadi və digər sahələrdə bir-birinin ardınca uğurlar qazanan, əsl tolerantlıq nümunəsi olan Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxından tanıtmağın böyük əhəmiyyəti var. Azərbaycan artıq dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır. Amma buna baxmayaraq, müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin bu inkişafı öz gözləri ilə görmələri daha vacibdir. Buna paralel olaraq tədbir iştirakçıları ölkəmizin sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələrlə şəxsən tanış olurlar.

Qeyd edək ki, forumda 110 ölkənin nümayəndəsi iştirak edir. “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Formu çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Forumda dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir. Təəssüflər olsun ki, dünyada yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və təhdidləri görürük. Məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var. Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub. Coğrafi mövqe olaraq bizim Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Əsrlər boyu Azərbaycan cəmiyyəti ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri Azərbaycanda bir ailə kimi yaşayırlar və onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin əsl vətənpərvər insanlarıdır.

Prezident İlham Əliyev Azərbaycanın COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildiyini də xatırladıb. Buna paralel olaraq, bu forum həm də dini liderlərin Şuşada görüş keçirmələri ilə yadda qalacaq. Görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak ediblər. Forum çərçivəsində dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər