Siyasət

  • 326

Forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır -ŞƏRH

image

Mayın 1-də Bakı Konqres Mərkəzində açılış mərasimi keçirilmiş “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu qəbildən olan tədbirlərdən biridir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları geniş nitq söyləyərək 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunmuş, ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənmiş, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artdığını qeyd etmişdir.

Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilmişdir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak etmişdir.

Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənərək tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artmışdır. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılmışlar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunubdur. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilmişdir.

Azərbaycan multikultural ənənələrə malik ölkəsi olaraq bütün etnik qrupların, dinlərin nümayəndələri özlərini ləyaqətli, təhlükəsiz şəraitdə hiss edir və Azərbaycan xalqı bununla fəxr edir.

Azərbaycan xalqı və dövləti 30 il işğalın əziyyətini çəkmiş, keçən ilin sentyabrında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda bu gün bərpa-quruculuq işləri davam etdirilir. Zəngəzur və Qarabağ iqtisadi rayonlarında görülən işlərin həcmi çox böyükdür. Qeyd edək ki, eyni zamanda ölkəmiz beynəlxalq tədbirlərdə, iqlim dəyişikliklərinə qarşı mübarizədə də fəal iştirak edir, alternativ enerji mənbələrinin işə salınmasına kifayət qədər sərmayə qoyur. Çox qürurverici haldır ki, Azərbaycan həmçinin COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçilmişdir.

Bəhruz Ramazanov

YAP Qusar rayon təşkilatının məsləhətçisi.

Digər xəbərlər