Siyasət

  • 329

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir - ŞƏRH

image

04 - 05 may 2024-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar YAP Qazax rayon təşkilatı və Qazax - Tovuz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Yunan - Roma güləşi üzrə yeniyetmələr arasında rayon turnirinin final mərhələsi keçirildi. Turnirdə 70-dən artıq idmançı iştirak edirdi.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə başlandı və Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı danışaraq, Dahi Rəhbərin gənclərə və idmana göstərdiyi diqqət və qayğısından da geniş bəhs etdi. A. Nəbiyev bu gün respublikamızda Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında Ulu Öndərin dəsti - xəttinin, siyasi kursunun əzmlə, qətiyyətlə, uğurla davam etdirilməsini də xüsusilə vurğuladı və idmançılara uğurlar arzuladı.

Sonda Yunan - Roma güləşi üzrə yeniyetmələr arasında rayon turnirinin qalibləri YAP Qazax rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olundu.

Digər xəbərlər