Siyasət

  • 1 013

Azərbaycan dünya miqyasında əməkdaşlıq və anlaşma ideallarının tərəfdarıdır ŞƏRH

image

Cari ildə mayın 1-də ölkəmizin paytaxtı Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qürurla ev sahibliyi edən Azərbaycan, qlobal çağırışların həllində liderliyini və qətiyyətini nümayiş etdirərək, tədbiri siyasi bəyanatlar və təşəbbüslər platformasına çevirdi. Forumda 100-dən çox ölkədən olan nümayəndələrin mövqeyi buna bariz nümunədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tədbir təkcə müzakirələr üçün deyil, həm də sülhün və qlobal təhlükəsizliyin təşviqinə yönəlmiş fəaliyyət meydanını əks etdirir.

Dövlətimizin Başçısı COVID-19 pandemiyasının yaratdığı fasilədən sonra forumun bərpasının vacibliyini vurğulayıb. Həqiqətən də, qeyd olunan sayda ölkələrdən nümayəndələrin cəlb olunması, bu platformanın beynəlxalq mədəniyyətlərarası dialoq üçün əhəmiyyətindən xəbər verir. Forum mədəni müxtəliflik, dinlərarası dialoq, iqlim dəyişikliyi, miqrasiya, sülh və təhlükəsizlik, münaqişədən sonrakı vəziyyətlər, turizm və süni intellekt daxil olmaqla, geniş spektrli məsələlər üzrə müzakirələr üçün arena təşkil edib. Cənab Prezident forumda təqdim olunan ideyaların və müzakirələrin mədəniyyətlərarası dialoqa yeni yanaşmaların işlənib hazırlanmasına, mövcud və potensial təhlükələrə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə kömək edəcəyinə əminliyini bildirərərk, görkəmli lider kimi forumun səmimiliyinə xüsusi ruh qatıb.

Son dövrdə yeni münaqişələr, qeyri-sabitlik ocaqları və çağırışlar yaranmaqda davam edir. Bu, qlobal problemlərin həlli ilə bağlı ideyaların və yeni yanaşmaların işlənib hazırlanmasında ictimai xadimlərin fəal iştirakının zəruriliyini ortaya qoyur.

Qeyd etmək lazımdır ki, bu forum təkcə fikir mübadiləsi deyil, həm də konkret addımlar üçün platformaya çevrilib. Cənab Prezident daha əvvəl başlanmış “Bakı Prosesi”ni xatırladaraq, onun ziyalıları, siyasətçiləri, medianı, vətəndaş cəmiyyəti və dini liderləri birləşdirən qlobal əhəmiyyətindən təəccübləndiyini bildirib. Bu, mədəniyyətlərarası dialoqun daha təhlükəsiz və daha dinc dünyaya nail olmaq üçün əsas olduğunun bir daha təsdiqidir.

Azərbaycan Şərqlə Qərb arasında yerləşən mərkəz kimi coğrafi mövqeyi, bu gün mədəni kimliyinin formalaşmasında həlledici rol oynayır. Multikultural və etnik cəhətdən müxtəlif cəmiyyətə malik Azərbaycan əsrlər boyu tolerantlıq, qarşılıqlı hörmət və əməkdaşlıq dəyərlərinin qorunub saxlanılması nümunəsidir. Dövlətimizin Başçısı əmin olduğunu bildirdi ki, bu dəyərlər ölkəmizin müstəqil dövlət kimi uğurlu inkişafı üçün əsas amillərdir. Azərbaycan, cənab İlham Əliyevin sözlərinə görə, nəinki mücərrəd multikulturalizmi nümayiş etdirir, onu gündəlik həyatda yaşayır. Bu, ölkə xalqının fəxr etdiyi və uzun əsrlər boyu uğurla müdafiə etdiyi həyat tərzinin ayrılmaz hissəsinə çevrilmişdir. Regiondakı münaqişələr və müharibələr kimi mürəkkəb çağırışlara, iqtisadi və sosial çətinliklərə baxmayaraq, Azərbaycan özünəməxsus mədəni özünəməxsusluğunu və ölkədə yaşayan bütün etnik qrupların və dinlərin birliyi prinsipini qoruyub saxlayır. Belə ki, cənab Prezident İlham Əliyevin nitqində sülh və sabitliyin əldə olunmasında mədəni müxtəlifliyin, qarşılıqlı hörmətin və mədəniyyətlərarası dialoqun vacibliyi vurğulanıb. Zəngin irsi və təcrübəsi ilə Azərbaycan dünya miqyasında əməkdaşlıq və anlaşma ideallarını təbliğ etməklə bu sahədə lider olmaqda davam edir.

Beynəlxalq münasibətlərdə çoxtərəfli yanaşmanın vacibliyini vurğulayıb Cənab İlham Əliyev və Azərbaycanın bu sahədə, o cümlədən Qoşulmama Hərəkatına sədrliyi ilə bağlı təcrübəsini bölüşməsi tədbirin vacibliyinə daha da ciddilik verib, o cümlədən neokolonializm və dövlətlərin daxili işlərinə qarışmamaqdan narahatlığını ifadə edilib, həmçinin COVID-19 pandemiyası zamanı “peyvənd millətçiliyi” ilə fəal mübarizə aparmağa çağırılıb.

Tədbirdə həmçinin Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafı və enerji müstəqilliyinə nail olunması istiqamətində səylərini təsvir edilməsi dialoqun aktual məsələlərlə dolğunluğunu göstərir. Eyni zamanda, cənab Prezident regionda münaqişədən sonrakı vəziyyət barədə danışaraq, münaqişənin sülh yolu ilə nizamlanmasının vacibliyini vurğulayıb və Azərbaycanın irəli sürdüyü təşəbbüslərə diqqəti cəlb edib.

Ümumiyyətlə, qeyd etmək mütləqdir ki, Azərbaycan ədalətin və xalqların hüquqlarının qorunmasına sadiqliyini ifadə etməklə yanaşı, həm də iqlim dəyişikliyi ilə mübarizə və bütün ölkələr üçün davamlı inkişafın təmin edilməsi üzrə qlobal səylərdə fəal iştirak etməyə hazır olduğunu vurğulayır.

Cənab Prezident İlham Əliyevin forumdakı bu çıxışı göstərir ki, Azərbaycan məsuliyyəti öz üzərinə götürməyə və qlobal problemlərin həllində fəal rol oynamağa hazırdır. Onun çıxışında həm də regionda əməkdaşlıq, sülh və sabitlik istəyi vurğulanır ki, bu da Azərbaycanın dünya miqyasında mühüm siyasi güc statusunu gücləndirməyə kömək edir.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər