Siyasət

  • 728

“Füzuli küçəsi 65” ünvanı ( FHN Əsaslı Tikinti İdarəsi) üzrə yeni ərazi partiya təşkilatı təsis edilib

image

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönü münasibətilə YAP Nəsimi rayon təşkilatı “Füzuli küçəsi 65” ünvanı ( Fövqalə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi) üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Bu münasibətlə keçirilmiş təsis iclasında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası ovaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır.

Sonra çıxış edən partiya üzvü, Fövqalə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəis müavini Vüqar Süleymanov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Eyni zamanda, ölkə daxilində mövqelər çox möhkəmdir. Partiya demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır.

Çıxışlardan sonra səsvermə keçirilib və “Füzuli küçəsi 65” ünvanı ərazi partiya təşkilatı təsis edildi. Vüqar Süleymanov yekdilliklə “Füzuli küçəsi 65” ünvanı ərazi partiya təşkilatının sədri, Ramilə Bünyatova isə sədr müavini seçildi. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.

Digər xəbərlər