Siyasət

  • 602

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Voleybol turniri keçirilib

image

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının, Oğuz rayon üzrə təhsil sektorunun, Uşaq Gənclər İdman-Şahmat Məktəbinin və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayon sektorunun birgə təşkilatçılığı ilə Oğuz Olimpiya İdman kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar rayon məktəblərinin oğlanlardan ibarət voleybol komandaları üzrə rayon birinciliyi keçirilmişdir.

Turnirin açılışında çıxış edən Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Şəki-Zaqatala Regional İdman isarəsinin Oğuz rayon üzrə idman sektorunun müdiri Şaiq Rüstəmov Ulu Öndər Heydər Əliyev tərəfindən həmişə idmanın inkişafına böyük diqqətin ayrıldığını, ölkəmizdə voleybol və digər idman növlərinə olan maraqdan, idmançılarımızın beynəlxalq yarışlardakı uğurlarından, Azərbaycanın dünyada qabaqcıl idman ölkəsi kimi tanınmasından, uşaqların təhsilinə, sağlamlığına və idman sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışaraq bu gün də Prezident İlham Əliyevin idmanın inkişafına böyük diqqət yetirdiyini, respublikamızda bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi üçün xüsusi sərəncamların imzalandığını qeyd edərək turnir iştirakçılarına uğurlar arzu ediblər.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş Voleybol turnirinin qaliblərinə diplomlar təqdim edilmişdir.

1-ci yer-Oğuz rayon Mehdi Kərimov adına Bayan kənd tam orta məktəbi

2-ci yer-Həbib Babayev adına Oğuz şəhər 1 saylı tam orta məktəbi

3-cü yer-Nail İbrahimli adına Oğuz şəhər 3 saylı məktəb-litseyi

4-cü yer-Oğuz rayon Bucaqkənd tam orta məktəbi

Digər xəbərlər