Siyasət

  • 720

Ağstafada Sərbəst güləş üzrə region birinciliyi və Şahmat üzrə rayon turniri keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyətinin, Qazax – Tovuz Regional Gənclər İdman idarəsinin və Regional Təhsil idarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə yeniyetmə, gənclər arasında Sərbəst güləş üzrə region birinciliyi və Ərazi Partiya Təşkilatlarını təmsil edən üzvlər arasında şahmat üzrə rayon turniri keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və Qazax – Tovuz Regional Gənclər İdman idarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıblar və keçirilmiş tədbirlərin əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Gərgin idman mübarizəsi şəraitində keçən açıq region birinciliyində yüksək nəticə əldə etmiş yeniyetmə və gənclərə, şahmat üzrə keçirilən turnirdə yarışın qaliblərinə diplom və medallar təqdim olunub.
Tədbirlərin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Digər xəbərlər