Siyasət

  • 441

Neokolonializmə qarşı vahid mövqe - ŞƏRH

image

1-3 may tarixlərində ölkəmizdə keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Forumda 110ölkənin nümayəndəsi iştirak edib.“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir. Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir.

Azərbaycan tarix boyu mədəniyyətlərin qovuşduğu məkan olub. Ölkəmizin coğrafi mövqeyi, Şərq ilə Qərb arasında yerləşməsibu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar.

Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub.Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib ki,Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir.

Azərbaycanı parçalamaq cəhdləri var idi və məhz aqressiv separatçılıq var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi. Buna görə milli maraqların qorunması bizim uğurumuz üçün çox vacib amil idi.

Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir. Ölkəmiz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər fəal şəkildə təşviq edib.

Bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həmin ölkələrin səsi dinlənilməlidir, onlar yaddan çıxarıla bilməz. XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşmağa çalışır. Dünya məcburi assimilyasiyaya aparaniyrənc neokolonializm meyillərinə göz yummamalıdır.

Fəsli Nəbiyev,

YAP Gənclər Birliyinin sədr müavini

Digər xəbərlər