Siyasət

  • 780

YAP Goranboy rayon təşkilatında silsilə tədbirlər davam etdirilir - ŞƏRH

image
YAP Goranboy rayon təşkilatı ərazi partiya təşkilatlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlər davam etdirilir.

06 may 2024-cü il taixdə YAP Goranboy rayon təşkilatının Statistika ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilmişdir.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Tədbir iştirakçıları Goranboy rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış oldular.

Tədbir Goranboy rayon Statistika idarəsinində davam etdirildi.

İlk öncə Partiyamızın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş nitqi ilə açan YAP Goranboy rayon təşkilatı Statistika ərazi partiya təşkilatının sədri Vüsal Aşırov çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı dönməz müstəqilliyə, inkişafa apardı. Azərbaycan xalqı xoşbəxtdir ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik insan, siyasi lider rəhbərlik edib və bugün bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra Goranboy rayon Statistika idarəsinin rəisi YAP üzvü Səxavət Qədirov çıxış edərək, Ulu Öndərin zəngin siyasi irsindən, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizədən danışıb. Bildirib ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən ölkəmizin gələcək inkişaf strategiyası ilə bağlı mühüm addımlar atılıb. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan və xalqımız zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxıb. Azərbaycanı məhv olmaqdan qurtararaq işıqlı sabaha çıxaran, dövlətin ideoloji-siyasi əsaslarını yaradan Ümummilli Liderin mənalı ömür yolunun hər anı bugünkü və gələcək nəsillər üçün unudulmaz tarixdir.