Siyasət

  • 2 739

YAP Lənkəran rayon təşkilatı dəyirmi masa keçirib

image

YAP Lənkəran rayon təşkilatının qərargahında partiya fəallarının iştirakı ilə “Heydər Əliyev və Azərbaycan təbiəti” adlı COP- 29 Yaşıl Dünya naminə Həmrəylik ili çərçivəsində dəyirmi masa təşkil olunub.
Əvvəlcə təşkilatın sədri İqbal Əmənullayev , Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı RETİ- nin Əməkdaşı Bəxtiyar Hüseynov və digərləri çıxışlarında tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışıblar. Vurğulanıb ki, Azərbaycan tarixinin bütöv bir dövrü dahi şəxsiyyət Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib və onun zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir.

Daha sonra diqqətə çatdırılıb ki, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkə Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda da vurğulandığı kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Sonda bir qrup fəallara fəxri fərman verilib.

Digər xəbərlər