Siyasət

  • 1 002

"Bu gün də Azərbaycan həmin yol ilə irəliləyir, inkişaf edir” - TARİXÇİ DANIŞDI

image

“Mayın 10-u Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 ili tamam olur. Sözsüz ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onun inkişaf tarixi məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdan Heydər Əliyev Azərbaycanı hər bir sahədə inkişaf etdirməyə başladı və biz bu inkişaf yolunu iqtisadi, siyasi, mədəni olaraq bir çox istiqamətlərdə ən yüksək səviyyəyə çatdığını gördük”. Bu sözləri SİA-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.Ü.Məmmədzadə bildirib ki, Heydər Əliyev həm qonşu ölkələr, həm də hegemon dövlətlərlə balanslaşdırılmış xarici siyasət yürütməyə başladı: “Ulu Öndər hakimiyyətə qayıtdıqda Azərbaycan çətin dövrünü yaşayırdı. Həmin dövrdə hər bir xalqın, dövlətin fenomenal, yüksək liderlik keyfiyyətlərinə malik rəhbərə ehtiyac var idi. Həmin o lider isə məhz Heydər Əliyev idi.Ulu Öndər Azərbaycanın elə bir dövründə hakimiyyətə gəldi ki, ölkəmizi bəlalardan xilas etdi. Heydər Əliyev sayəsində "Əsrin Müqaviləsi"nə imza atıldı. Bununla həm də Azərbaycan gözəgörünməz bir müdafiəyə alındı. Həqiqətən də, iri dövlətlərlə, neft şirkətləri ilə bağlanan həmin müqavilə Azərbaycanın gələcək inkişafı üçün açılan yol oldu. Bu gün də Azərbaycan həmin yol ilə irəliləyir, inkişaf edir”.
Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər