Siyasət

  • 1 206

"Şuşaya da ilk köç karvanı bu günlərdə olacaq" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

image

"44 günlük Vətən müharibəsindən sonra biz ərazilərimizdə mina təmizləmə işlərinə başladıq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.O bildirib ki, dağıdılmış şəhər və rayonlarımızın bərpası ilə ciddi məşğul olmağa başlamışıq: "Həqiqətən də, ermənilərin dağıtdığı, xaraba qoyduğu cənnət məkan yerlərimizi artıq təmizləyib, evlər, məktəblər tikib, vətəndaşlarımızı, qaçqın bacı-qardaşlarımızı doğma torpaqlarına qaytardıq. Bu istiqamətdə çox böyük işlər görülür. Bunu da cənab Prezident xüsusi diqqətində saxlayır. Tez-tez həmin ərazilərə gedir, vətəndaşlarla görüşür.İlk kənd Ağalı kəndi oldu. Sonra da belə kənd, rayonlar salınmağa başlandı. Füzuli rayonu bərpa edilir, orada 1 nömrəli məktəbdə 450-dən artıq şagird oxuyur. Bu, çox sevindirici haldır. Digər rayonlarda, Laçın, Kəlbəcərdə qaçqınlar öz doğma yurdlarına qayıdırlar. Şuşaya da artıq ilk köç karvanı bu günlərdə olacaq. Çünki orada binalar yenidən tikilir, təmir olunur. Bunlara da böyük vaxt və maliyyə vəsaiti sərf olunur. Qarabağa 6 milyarddan çox vəsait xərclənib. Bu vəsaitlər yenə də ayrılmağa davam edir. Bu ilin büdcəsindən də ayrılıb. "Böyük Qayıdış" sürətlə gedir. Çünki biz ancaq quruculuq işləri ilə məşğuluq"."Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində müharibə bitib, ərazi bütövlüyümüzü təmin etmişik. Ancaq işğal altında olan rayonlarımızda bərpa quruculuq işləri aparılır. Ağdamda, bütün rayonlarımızda böyük işlər görülür. Bu da hər vətəndaşımız üçün böyük sevincdir. 2026-cı ilə qədər 50 mindən artıq soydaşımızın evlərlə təmin olunması nəzərdə tutulub. Biz cənnət məkan Qarabağda yeni binalar, mənzillər, məktəbləri bacı-qardaşlarımıza verəcəyik. Onlar da şad xürrəm yaşayacaqlar" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər