Siyasət

  • 706

Nəsimidə partiya fəalları ilə görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov yerli təşkilatda partiya fəalları ilə görüş keçirib.

Azər Süleymanov dövlət idarəçiliyində əldə olunan uğurlardan, sosial-iqtisadi nailiyyətlərdən danışaraq bu yolda Yeni Azərbaycan Partiyasının rolunu xüsusi vurğulayıb. Həmçinin Azərbaycan vətəndaşlarının mövcud siyasi kursa inam və etimadının günü-gündən möhkəmləndiyini də qeyd edib.
O, YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsi tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışıb. Sədr müasir dövrümüzdə sosial şəbəkələrdən düzgün, operativ qaydada istifadənin, həyata keçirilən dövlət siyasətinin təbliği və təşviqində fəal iştirakın önəmindən də danışıb. Azər Süleymanov son 21 ildə ölkəmizin siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurların, dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə layiqli yer almasını vurğulayıb. Qeyd edilib ki, əldə olunan uğurlarda Yeni Azərbaycan Partiyasının fəaliyyəti danılmazdır. Çünki sıralarında 750 mindən çox fəal, dövlətə və dövlətçiliyə sadiq insanları öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası "dünənin, bu günün və gələcəyin" partiyası adını ləyaqətlə doğruldaraq, ölkəmizin ictimai-siyasi müstəvisində öz nüfuzunu durmadan artırmaqdadır. Sədr partiya üzvlərinə Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin, çıxış və nitqlərindən irəli gələn vəzifələrin, verdiyi fərman və sərəncamların əhali arasında, sosial media platformalarında geniş təbliği və izahı istiqamətində görüləcək işlər barədə konkret tapşırıq və tövsiyələrini verib.
Görüşdə YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov, YAP Sosial Media Mərkəzinin əməkdaşları Bəhruz Rüstəmov və Rəna Süleymanova çıxış edərək qarşıdan duran vəzifələr, sosial şəbəkələrdə ideoloji işin aparılması istiqamətində tövsiyə və təkliflərini veriblər.

Digər xəbərlər