Siyasət

  • 1 099

Oğuzda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual yarış keçirilib - ŞƏRH

image

Oğuz şəhərində yerləşən "Nizami" şadlıq sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatı, rayon Gənclər və İdman sektorunun, rayon Təhsil sektorunun təşkilatçılığı ilə böyüklər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Oyunda rayonun ümumtəhsil məktəblərinin , müəssisə və təşkilatlarının komandaları iştirak ediblər.

Tədbirdə Dövlət himnimiz səsləndirildikdən sona Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayon üzrə təhsil sektorunun müdiri Sərdar Nəbiyev, Şəki-Zaqatala Regional Gənclər İdman İdarəsinin Oğuz rayon üzrə Gənclər və idman sektorunun müdiri Şaiq Rüstəmov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbənin məsləhətçisi Samir Salehov çıxış edərək bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında xidmətləri əvəzsizdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Lider Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi şəxsiyyətin həyat amalının təntənəsidir. Azərbaycanın hər bir uğuru Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaradılıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə rayonumuzda keçirilən tədbirlərdən, rayonumuzun komandalarının intellektual oyunlarda uğurlu çıxışlarından bəhs ediblər və yarış iştirakçılarına uğurlar arzulayıblar.

Sonra oyunun aparıcısı Oğuz rayonu üzrə Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Rövşən Salehli yarışın qaydaları haqqında komandalara məlumat verib.

Oyun komandalarınin maraqlı mübarizəsi şəraitində keçib. 27 komanda arasında I yeri Bayan kənd tam orta məktəbinin komandası, II yeri Padar kənd tam orta məktəbinin komandası, III yeri Böyük Söyüdlü kənd tam orta məktəbinin komandası əldə edib.

Qaliblər Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatı və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplom, hədiyyə və kuboku ilə təltif edilib.

Digər xəbərlər