Siyasət

  • 395

Xocavənd 320 ailəlik qəsəbədə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konserti keçirilib - FOTO

image

Tədbir YAP Xocavənd rayon təşkilatı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektoru və Xocavənd uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.

Xocavənd şəhər uşaq musiqi məktəbində keçirilən istedadlı uşaq və gənclərin konsertində 100-dən çox rayon sakini iştirak edib.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün qeyd olunması, istedadlı uşaq və gənclərin üzə çıxarılması və onlara istedadlarının nümayişi üçün müvafiq şəraitin yaradılması, sakinlərin asudə vaxtlarının səmərəli və mənalı təşkili məqsədi ilə keçirilən tədbirdə Xocavənd şəhər uşaq musiqi məktəbinin şagirdlərinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib. Uşaq və gənclər solo nömrələrlə yanaşı ansambl, müşayiət nömrələri ilə də çıxış ediblər.

Tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektoru müdiri Aslan Quliyev çıxış edərək bildirdilər ki, Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxarmış Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, onun müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, milli dövlətçilik ideyasının bərqərar olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə göstərdiyi əvəzsiz tarixi xidmətləri olub.

Digər xəbərlər