Siyasət

  • 1 133

Heç zaman unudulmayacaq Dahi Şəxsiyyət Heydər Əliyev - ŞƏRH

image

Ağdam Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib. Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP fəalları şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə etmişlər. Ağdam Muğam Mərkəzində davam edən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP fəalı Mətanət Misirxanova və digər natiqlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli lider Heydər Əliyevin hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi Şəxsiyyət olmasından, Heydər Əliyevin Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda atdığı qətiyyətli addımların onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər olmasından, bu gün Ümummilli Liderin ideyalarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində uğurla inkişaf etməsindən bəhs etmişlər. Tədbirin gedişində Bakı Kamera Orkestrinin müşayiəti ilə Respublikanın xalq artistləri Nəzakət Teymurovanın, Aygün Bayramovanın, əməkdar artistlər Firuz Səxavətin, Səbuhi İbayevin ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilmişdir.

Digər xəbərlər