Siyasət

  • 408

Nəsimi rayonunda partiya fəalları ilə görüş keçirilib - ŞƏRH

image

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov partiya fəalları ilə görüş keçirib. Görüşdə YAP Nəsimi rayon təşkilatının təşkilatının sədri Azər Süleymanov qeyd edib ki, bütün sahələrdə, xüsusilə də dövlət idarəçiliyində əldə etdiyi uğurlar, sosial-iqtisadi nailiyyətlərdən danışaraq bu yolda Yeni Azərbaycan Partiyasının rolunu xüsusi vurğulayıb. Həmçinin Azərbaycan vətəndaşlarının mövcud siyasi kursa inamı və etimadı günü-gündən möhkəmləndiyini də qeyd edib.

Görüşdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək, YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsi tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışmışdır. Həmçinin təşkilat sədri müasir dövrümüzdə sosial şəbəkələrdən düzgün, operativ qaydada istifadənin, həyata keçirilən dövlət siyasətinin təbliği və təşfiqində fəal iştirakın, ölkəmizin milli maraqlarının daima ən yüksək səviyyədə müdafiə etməli olduqlarının önəmindən danışıb. A.Süleymanov son 21 ildə ölkəmizin siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurların, dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə şanlı yer almasını vurğulayıb. O, qeyd etmişdir ki, əldə olunan uğurlarda Yeni Azərbaycan Partiyasının fəaliyyəti danılmazdır. Çünki sıralarında 750 mindən çox fəal, dövlətə və dövlətçiliyə sadiq insanları öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası "dünənin, bu günün və gələcəyin" partiyası adını ləyaqətlə doğruldaraq, ölkəmizin ictimai-siyasi müstəvisində öz nüfuzunu durmadan artırmaqdadır. Sədr çıxışının sonunda, partiya üzvlərinə Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin, çıxış və nitqlərindən irəli gələn vəzifələrin, verdiyi Fərman və Sərəncamların əhali arasında, sosail media platformalarında geniş təbliği və izahı istiqamətində görüləcək işlər barədə konkret tapşırıq və tövsiyələrini verib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov, Yeni Azərbaycan Partiyası Sosial Media Mərkəzinin əməkdaşları Bəhruz Rüstəmov və Rəna Süleymanova çıxış edərək, qarşıdan duran vəzifələr, sosial şəbəkələrdə ideoloji işin aparılması istiqamətində tövsiyə və təkliflərini veriblər.

Digər xəbərlər