Siyasət

  • 448

Ağcabədidə Şahmat birinciliyinə yekun vurulub - ŞƏRH

image

YAP Ağcabədi rayon təşkilatı, Qarabağ Regional Gİİ-nin Ağcabədi rayonu üzrə Gənclər və İdman sektoru və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə uşaq, yeniyetmə və gənclər arasında şahmat idman növü üzrə rayon birinciliyinə yekun vurulmuşdur.

Ağcabədi rayon Şahmat məktəbinin zalında qaliblər yarış təşkilatçıları tərəfindən Fəxri Fərmanlar, medal və hədiyyələrlə mükafatlandırılmışlar.

YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov təltifetmə mərasimində çıxış edərək qeyd etmişdir ki, mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü tamam olur. Bu münasibətlə Respublikamızın hər yerində olduğu kimi Ağcabədi rayonunda da cari ilin aprel ayının əvvəllərindən başlayaraq çoxsaylı tədbirlər keçirilmişdir. Bu gün yekunlaşan şahmat yarışı da həmin silsilə tədbirlərdən biridir. Reqlamentinə uyğun olaraq yarışlar böyük və kiçik yaş qruplarında həm oğlanlar, həm də qızlar arasında keçirilmişdir. Hər yaş qrupunda 1-ci, 2-ci və 3-cü yeri tutan şahmatçılara YAP Ağcabədi rayon təşkilatı tərəfindən diplom, medal və hədiyyələr təqdim ediləcəkdir.

Hakimlər kollegiyasının qərarına əsasən, böyük yaş qrupunda oğlanlar arasında Ağcabədi şəhər 3 saylı məktəb-liseyin VI sinif şagirdi Rizvanlı Haqverdi Nüsrət oğluna I yer üçün, Ağcabədi şəhər 3 saylı tam orta məktəbin VII sinif şagirdi Tahirli İsmayıl İlkin oğluna II yer üçün, Ağcabədi rayon Xocavənd 1 saylı tam orta məktəbin VIII sinif şagirdi Qasımlı Kənan Arif oğluna III yer üçün, qızlar arasında Ağcabədi şəhər 8 saylı tam orta məktəbin IX sinif şagirdi Qasımlı Fidan Rəşad qızına I yer üçün, Ağcabədi şəhər 2 saylı tam orta məktəbin VII sinif şagirdi İsmayılova Zeynəb Aqil qızına II yer üçün, Ağcabədi şəhər 9 saylı tam orta məktəbin VI sinif şagirdi Dəmirçiyeva Aylin Elmir qızına III yer üçün, kiçik yaş qrupunda oğlanlar arasında Ağcabədi şəhər 9 saylı tam orta məktəbin I sinif şagirdi Mamedov İlham Nemət oğlu I yer üçün, Ağcabədi şəhər 4 saylı tam orta məktəbin I sinif şagirdi Beydullayev İsa Rauf oğluna I yer üçün, Ağcabədi şəhər 12 saylı tam orta məktəbin II sinif şagirdi Niftalızadə Emin Sənan oğluna II yer üçün, qızlar arasında Ağcabədi rayon Rəncbərlər kənd tam orta məktəbin IV sinif şagirdi Bayramova Familə Rüfət qızına I yer üçün, Ağcabədi şəhər 11 saylı tam orta məktəbin III sinif şagirdi Rüstəmli Xanım Fərid qızına II yer üçün, Ağcabədi şəhər 9 saylı tam orta məktəbin I sinif şagirdi İbrahimova Alsu Fuad qızına III yer üçün Fəxri Fərman, medal və hədiyyələr təqdim edilib.

Təltifetmə mərasiminin sonunda yarış qalibləri ilə xatirə şəkli çəkdirilib.

Digər xəbərlər