Siyasət

  • 833

“Milli dövlətçiliyimizin memarı”

image

Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Milli dövlətçiliyimizin memarı” adlı tədbir keçirib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Xızı şəhər tam orta məktəbin müəllimi Fatimə Əlizadə Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs ediblər.
Sonda bir qrup partiya fəalı YAP Xızı rayon təşkilatı tərəfindən fəxri fərman ilə təltif edilib, partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Digər xəbərlər