Siyasət

  • 654

Azərbaycan-Bolqarıstan münasibətləri artan dinamikada irəliləyir - ŞƏRH

image

Cari ilin 8 may tarixində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə çox zəngin proqramla rəsmi səfərdə olub. Səfər çərçivəsində ölkəmizin rəhbərinin keçirdiyi mühüm görüşlər və iştirak etdiyi tədbirlər Azərbaycan-Bolqarıstan əlaqələrinin, eləcə də ölkəmizin Avropa ölkələri ilə əməkdaşlığına çox mühüm töhfə vermiş oldu. Avropada Azərbaycan təbii qazından faydalanacaq ölkələrdən biri də Bolqarıstandır. Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə ölkələrimiz arasında münasibətlər yeni mərhələyə yüksələcək. Bir neçə ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə o, Bolqarıstana daxil olur. Möhtərəm Prezidentimiz çıxışı zamanı Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyurduğunu, uzun illər Azərbaycanın beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olduğunu bildirmişdir.

İki ölkə arasında əməkdaşlıq münasibətləri Ulu Öndər Heydər Əliyevin 1995-ci il iyun ayında Bolqarıstan Prezidentinin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənib. Heydər Əliyev və o zamanki Bolqarıstan Prezidenti Jelyu Jelyev bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Ümumilikdə isə həmin səfər zamanı iki dövlət arasında “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu”, dostluq münasibətləri və əməkdaşlıq haqqında və digər saziş və müqavilələr imzalanıb.

Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasında və daha da inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına rəsmi səfəri böyük rol oynamışdır. Ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir. Nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır.

Heç şübhəsiz, bundan sonra da Azərbaycan və Bolqarıstan arasında yeni əməkdaşlıq imkanları araşdırılacaq. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. Bütün bunlar göstərir ki, Bolqarıstanın timsalında Azərbaycanın Avropadakı dostlarının sayı artır.

Elşən SƏFƏROV

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər