Siyasət

  • 907

Azərbaycan-Slovakiya əlaqələri əbədidir - ŞƏRH

image

Bildiyiniz kimi, 7 may 2024 tarixində Prezident İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitsonla görüşü baş tutmuşdur. Gördüyünüz kimi, Azərbaycan hər bir sahədə olduğu kimi xarici əlaqələrin genişlənməsində və xarici ölkələrlə əlaqələrin inkişafında olduqca maraq göstərir və həmçinin böyük səylər nümayiş etdirir. 7 may tarixində baş tutan Azərbaycan-Slovakiya arasında görüşü misal çəkmək olar. Bu görüş bir daha Azərbaycanın siyasi əlaqələrinin nə qədər yüksək olduğunun təzahürüdür.7 may tarixində keçirilən görüşdə bir sıra mövzulara toxunulmuşdur, o cümlədən Azərbaycan və Slovakiya əlaqələrin və ən əsası iki ölkə arasında tarixi dostluğun nə qədər möhkəm olduğu haqda danışılmışdır. Əsasən bu iki ölkə arasında diplomatik əlaqələlər 1993-cü ilin noyabr ayının 23-də qurulmuşdur. Görüşdə həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdarlığın yaradılması haqqında Birgə Bəyannamə”-ni imzaladılar. Həmçinin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”nu imzaladılar. Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzaladılar. Nəzərdə tutulan hər üç sahə vacib və strateji olsa da burada xüsusilə Slovakiya şirkətlərinin Qarabağdakı bərpa prosesində iştirak etmək istəyi diqqətimizi cəlb edir. Yəqin ki, hər birimiz xatırlayırıq ki, 2020-ci Azərbaycanın Qarabağda əldə etdiyi böyük zəfərdən sonra Cənab Prezidentimiz İlham Əliyev bildirmişdi ki, bərpa işlərinə yalnız dost ölkələrdən olan şirkətlər dəvət ediləcək. Bu gün gəldiyimiz vəziyyətdə Slovakiya şirkətlərinin də bu prosesdə iştirak etməsi iki ölkənin bir-birinə olan etimadının səviyyəsini ortaya qoyur. Beləliklə, Ağdamın Qərvənd kəndinin Slovakiya şirkəti tərəfindən yenidən qurulması böyük rəmzi məna daşıyır. Digər bir tərəfdən hərbi sahədə iki ölkənin əməkdaşlığının genişləndirilməsi də olduqca vacibdir. Bu gün Azərbaycan bölgədə və dünyada sülh üçün çalışsa da məlumdur ki, Ermənistana güvənmək heç də asan deyil. Xüsusilə də ölkə daxilində seperatizm meyillərinin hər an baş qaldıra biləcəyi bir fonda Azərbaycan daim güclü olmalı, Ordusunu ən yüksək səviyyədə etməlidir. Slovakiya ilə bu sahədə əməkdaşlıq şübhəsiz ki, Azərbaycan Ordusunu daha da gücləndirəcəkdir. Ümumilikdə Azərbaycanla Slovakiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılan addımlar yüksək nəticələrin əldə olunacağına əsas verir. Bu səfər onu göstərdi ki, rəsmi Bratislava Cənubi Qafqazın ən aparıcı və perspektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir. Əminliklə demək olar ki, Azərbaycan və Slovakiya iki müstəqil siyasət aparan ölkə olaraq qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini ən yüksək səviyyədə uğurla davam etdirəcəkdir.

Elgün Rüstəmli

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər