Siyasət

  • 876

Slovakiya-Azərbaycan arasında əlaqələr yüksək inkişaf xətti üzrə davam etdirilir - ŞƏRH

image

Müstəqilliyin bərpasından sonra Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifə beynəlxalq aləmə inyeqrasiya olunmaq, inkişaf etmiş dövlətlərlə əməkdaşlığı genişləndirmək, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri möhkəmləndirmək olub.

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bu sahədə mühüm əhəmiyyətli tədbirlər həyata keçirildi. Ulu öndərin siyasi kursunu layiqincə yerinə yetirən dövlətimizin başçısı İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələrdən biri Azərbaycanın dünya birliyinin layiqli dövlətlərindən birinə çevirməkdir. Azərbaycan hazırda dünyada sayılıb-seçilən dövlətlərdən biridir. Bunu Prezidentimizin xarici səfərləri və ölkəmizə səfərə gələn digər dövlət başçılarının fikirləri də təsdiqləyir. Cari ilin 7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri zamanı da bunun şahidi olduq.

Slovakiya-Azərbaycan arasında əlaqələrin qurulması istiqamətində atılan addımlar, əsasən, hər iki respublikanın müstəqillik əldə etməsindən sonraya təsadüf edir. Bu gün hər iki ölkə arasındakı münasibətlər sürətlə inkişaf etməkdədir. İkitərəflik münasibətlərin genişlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. Ölkə rəhbərimiz səfər çərçivəsində bir sıra beynəlxalq təşkilatların və xarici ölkələrin rəhbər şəxsləri ilə görüşlər keçirib. Daha sonra qarşılıqlı səfərlər davam etdirilib və əsas məqsəd ölkələr arasında qarşılıqlı münasibətlərin intensivləşdirilməsindən ibarət olub.

Prezident İlham Əliyev də görüşdən sonra mətbuata verdiyi bəyanatında Slovakiya ilə Azərbaycanın dost ölkələr olduğunu diqqətə çatdırdı. Bundan əlavə dövlətimizin başçısı Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açıldığını bildirdi. Prezident İlham Əliyev səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını diqqətə çatdıraraq bunun çox ciddi siyasi və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəd olduğunu bildirdi. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, həmçinin, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Slovakiya-Azərbaycan ölkələri arasındakı siyasi əlaqələrimiz yüksək səviyyədədir. Bir çox sahələr üzrə aparılacaq işlərə də önəmli razılıq əldə olunub. İmzalanan sənədlər arasında müdafiə sənayesi sahələrinə aid sənədlər də var. Bu istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir.

Prezident Azərbaycanın Avropa ölkələrinə təbii qaz ixracından da söhbət açıb. Hazırda respublikamız 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq. 2023-cü ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır. Eyni zamanda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Ölkəmiz öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. İkitərəfli əməkdaşlığın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Təbii ki, bu da böyük rəmzi məna daşıyır, ona görə ki, əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Hazırda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək.

Bu gün Slovakiya və Azərbaycan müstəqil siyasət aparan ölkələrdir. Hazırda hər iki ölkə suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. İkitərəfli əməkdaşlığın getdikcə möhkəmlənməsi Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifələr açır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər