YAP Goranboy rayon təşkilatının bir qrup fəalları və könüllülər Bakı şəhərinə səfər etdilər.
YAP Goranboy rayon təşkilatının təşkilatçılığı ilə bir qrup partiya fəalları, könüllülər və Vətən müharibəsi Şəhidi Orxan Namazovun anası Nailə Namazova Ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın I Fəxri Xiyabanda məzarını ziyarət etmiş və məzarı önünə gül dəstələri qoyaraq əziz xatirəsi dərin ehtiramla anılmışdır. Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət etmişlər. Səfər çərçivəsində fəallar dünya memarlığının nadir incilərindən sayılan Bakı şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya etmiş, mərkəzin bələdçisi iştirakçılara Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyəti barədə ətraflı məlumat vermiş və müxtəlif eksponatlarla yaxından tanış olmuşlar. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin ziyarətçilər Mərkəzdə yerləşən “Azərbaycan inciləri” Muzeyi ilə də tanış olublar.