Siyasət

  • 2 926

Azərbaycan və Bolqarıstan Avropanın enerji təhlükəsizliyinə töhfə verir

image

Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulmuş və həyata keçirilən uğurlu siyasət nəticəsində bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlmişdir. Cari ilin 8 maytarixində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar cənab İlham Əliyevin mətbuata verdiyi bəyanatda iki ölkə arasında mövcud əlaqələrə diqqət çəkərək,

Bolqarıstanın ölkəmizlə strateji tərəfdaşlığından,uğurlu siyasi dialoq nəticəsindən, ticarət dövriyyəsinin, o cümlədən ildən-ilə Azərbaycan təbii qazının Bolqarıstana ixracının artmasından və Bolqarıstanın təbii qaz nəqli istiqamətində vacib tranzit ölkə kimi çıxış etməsindən, Azərbaycanın tərəfdaş ölkələrlə, eləcə də Bolqarıstanla "Yaşıl enerji kabeli" layihəsi istiqamətdə çox aktiv iş aparmasından eyni zamanda digər mühüm məsələlər ətrafında geniş danışmışdır.

Cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda ölkələrimiz arasında olan səmərəli fəaliyyətə toxunaraq bildirmişdir ki, "Bu gün Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı bir neçə önəmli sənəd imzalanmışdır. Onların arasında təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür. Bizim Prezident Radevlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Keçən il həm Prezident Radev Azərbaycana, həm də mən Bolqarıstana səfərlər etmişdik. Eyni zamanda, keçən il biz Bolqarıstan-Serbiya sərhədində görüşmüşdük. Bir sözlə, fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin.

Təbii ki, bu gün Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmişdir və gələcək addımlarımız haqqında fikir mübadiləsi aparılmışdır. Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Yəni, bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir".

Qeyd etmək lazımdır ki, Bolqarıstan yeni geosiyasi şəraitdə də ölkəmiz ilə əlaqələrini davamlı inkişaf etdirmək kursuna sadiqliyini göstərir.

Azərbaycan və Bolqarıstandövlətləri arasında ənənəvi dostluq, qarşılıqlı anlaşma və qarşılıqlı etimad bağlarının bağladığını eyni zamanda ən yüksək səviyyədə olan siyasi dialoq Qafqaz regionu və Qara dəniz hövzəsi ölkələrinin iqtisadi rifahı üçün yaxşı zəmin yaradır. Ölkələrimiz arasında olan dostluq və qardaşlıq münasibətləri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Cari ilin 8 may tarixində iki dövlət başçısının görüşü çərçivəsində "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə", "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti və "Bulgaria Air" Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi", "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "Asarel Investment" arasında Anlaşma Memorandumu" haqqında sənədlər imzalanmışdır.

Ölkəmiz inamla inkişaf edir və Azərbaycanın dünyada rolu, əhəmiyyəti, fəaliyyəti günü-gündən artır. Azərbaycanın dünya dövlətlərinin maraq çərçivəsində olması cənab İlham Əliyev tərəfindən həyata keçirilənuğurlu siyasətin parlaq nəticəsi və məntiqi bağlılığının təzahürüdür.

Rauf Əliyev

Milli Məclisin deputatı

Digər xəbərlər