Azərbaycanla Slovakiya arasında münasibətlərin qurulması istiqamətində atılan addımlarda hər iki respublikanın müstəqillik əldə etməsindən sonra başlayıb. Slovakiya Azərbaycanın müstəqilliyini 24 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. Slovakiya Respublikasının səfirliyi Azərbaycanda 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Slovakiya Respublikasının Bratislava şəhərində səfirliyi isə 28 iyul 2023-cü ildə təsis edilmişdir. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 mart 2004-cü ildə Slovakiya Respublikasına işgüzar səfəri böyük rol oynayıb. Bu gün də Slovakiya ilə Azərbaycan arasında dostluq və işgüzar münasibətlər davam etdirilir. Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün mühüm addımdır. Həmçinin bu səfər ikitərəfli münasibətlərin inkişafı, Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və inteqrasiyaya dair fikir mübadiləsi aparmaq baxımından önəmlidir. Robert Fitso ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşlərdə ikitərəfli və çoxtərəfli əlaqələr müzakirə olunub. Azərbaycan dövlətinin başçısı iki dövlət arasında həm siyasi, həm iqtisadi, enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivlərinin çox müsbət olduğunu qeyd edib. Robert Fitso Slovakiya ilə Azərbaycanı suveren xarici siyasətin birləşdirdiyini vurğulayıb.
İki dövlət arasında rəsmi sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir: “Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun bəyanatından da göründüyü kimi, bu dövlət Azərbaycanı regionda ən mühüm tərəfdaş hesab edir. Bir sıra Slovakiya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir. Slovakiyanın aparıcı şirkətlərinin nümayəndələri yeni şirkətlərlə əməkdaşlıq etmək niyyətindədirlər. İki ölkə arasında İqtisadi əlaqələr inkişaf etməkdədir. Hazırda əsas məqsədlərdən biri ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsidir. Azərbaycan Slovakiya şirkətlərini ölkədəki azad iqtisadi zonalara, ilk növbədə nəqliyyat layihələrinin həyata keçirilməsinə cəlb etməyə ümid edir.
Azərbaycan həmçinin Slovakiya ilə minatəmizləmə sahəsində əməkdaşlıq Bakı üçün xüsusi maraq doğurur. Bu fəaliyyət 2021-ci ildən həyata keçirilir və tərəflər onun genişləndirilməsi imkanlarını nəzərdən keçirirlər.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri